Главная > --- > Ədliyyə Nazirliyinin sturukturlarındakı ab-hava gələcəyə olan ümidləri artırır
Ədliyyə Nazirliyinin sturukturlarındakı ab-hava gələcəyə olan ümidləri artırır13-09-2024, 10:40. Разместил: admin |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır və bu Nazirlik 28 may 1918-ci il tarixdə, yəni Azərbaycan Demokratik Respublikasının elan edildiyi gündə yaradılmışdır. Qeyd edək ki, Nazirlik ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə öz işinə başlayır və gərgin fəaliyyəti nəticəsində məhkəmə aparatları tədricən bərpa olunur, binalar qaydaya salınır, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılır, hətta 6 (altı) aylıq hüquq kursları da təşkil olunur. Əsl həqiqət ondan ibarətdir ki, Ədliyyə Nazirliyinin yenidən formalaşması və təkmilləşməsi görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyi təsis olunur və bununla da ölkəmizin ədliyyə sahəsində yeni bir mərhələnin başlanğıcı qoyulur. Yəni, Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərir və məhkəmə orqanlarında təşkilati rəhbərliyi həyata keçirir, əhaliyə hüquqi yardımı yaxşılaşdırır, notariat fəaliyyətin və məhkəmə ekspertizalarının aparılması işlərini təmin edir. Atılan addımların nəticəsi o olur ki, ədliyyə işi tədricən təkmilləşir və bu dövlət qurumunun gələcək inkişafı üçün lazımi imkanlar yaradılır. Ümumiyyətlə, 1970-ci illərdən başlayaraq ölkəmizin ədliyyə sistemi təkmilləşdirilir və bu sahənin gələcək inkişafı üçün əsaslı zəmin yaradılır. Ölkəmiz ikinci dəfə müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra da, bu sahə Ulu Öndər Heydər Əliyevin diqqətindən heç də kənarda qalmamış və 1993-cü ildən başlayaraq ədliyyə sisteminin inkişafını təmin edən bir çox ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş və cəmiyyətdə rolu artmışdır. Yəni, getdikcə bu Nazirliyin cəmiyyətdə rolu və əhəmiyyəti artırılır, səlahiyyət dairəsi genişləndirilir. Ötən illər ərzində Nazirliyin bütün strukturları tədricən təkmilləşmiş və bu sahədə çalışan hər bir şəxsin başlıca amalı xalqa, dövlətə xidmət etməyə yönəlmişdir. Açıq şəkildə etiraf edək ki, hazırda ölkəmizin ədliyyə strukturu hər kəsin güvənc mənbəyinə çevrilib və bu günədək həyata keçirilən islahatlar, qəbul olunan bir çox qanunlar və s. məhz ədliyyə sahəsinin yenidən təşkil olunmasına lazımi imkanlar yaratmışdır. Ulu Öndər Heydər Əliyevin hüquq siyasətini bu gün də uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyev cənablarının rəhbərliyi ilə, son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirilmiş, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş və bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının, elektron xidmət növlərinin geniş tətbiqi təmin olunmuşdur. Unutmaq olmaz ki, Ədliyyə Nazirliyinin daha da təkmilləşdirilməsi məqsədilə ölkə rəhbərinin verdiyi tapşırıqlar, nazirliyə həvalə edilmiş yeni funksiya və vəzifələrin icrası hər zaman diqqətdə saxlanılır. Qeyd edək ki, bu Nazirliyin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər daim kadr korpusunun təkmilləşdirilməsi ilə də müşayiət olunub. Bir sözlə, Ədliyyə Nazirliyi ötən illər ərzində olduqca zəngin və kəşməkəşli yollardan keçsə də, hal-hazırda müasir inkişaf mərhələsinə çatmış və dövlətimizin hüquq siyasətini həyata keçirən əsas orqana çevrilmişdir. Bu gün isə, ölkəmizin ədliyyə sahəsində yeni ab-hava hiss olunmaqdadır. Buna əsas verən başlıca səbəb, Prezident İlham Əliyevin 27 fevral 2024-cü ildə imzaladığı sərəncam əsasında Fərid Turab oğlu Əhmədovun, Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsinə təyin olunmasıdır. Faktdır ki, belə bir təyinatdan sonra bu nazirliyin bütün sturukturlarında yeni ab-hava formalaşmağa başlamışdır. Qeyd edək ki, 1979-cu ildə Bakı şəhərində anadan olan Fərid Əhmədov, erkən yaşlarında ikən ayrı-ayrı ali təhsil müəssisələrində bir çox uğurlara imza atır, rus və ingilis dillərini mükəmməl öyrənir. Hətta o, ilk vaxtlardan müxtəlif strateji vəzifələrdə çalışdığından zəngin iş təcrübəsinə və çevik idarəçilik bacarığına malik olan şəxs olur. Adicə bir faktı qeyd etmək yerinə düşər ki, Fərid Əhmədov 2000-2004-cü illərdə "Ədalət" hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır. Bundan əlavə o, 2009-2011-ci illərdə Oksford Universitetinin "Foreign Service" proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllimi də olmuşdur. 2015-2017-ci illərdə isə, "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini, 2021-ci ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2022-ci ilin mayından sonuncu, yəni nazir təyinatına qədər nazir müavini olmuşdur. Bütün bunlar onu göstərir ki, Fərid Əhmədov heç də sıradan bir şəxs deyil. Bəli, bu gün hər kəs o halın varlığına inanır ki, yeni düşüncə tərzinə sahib olan, lazımi göstəriciləri özündə cəmləşdirən, yüksək elmi savada, təcrübəli idarəçilik bacarığına sahib olan bu şəxsin rəhbərliyi altında, Azərbaycanın ədliyyə sistemi daha yeni inkişaf mərhələsinə qovuşacaq. O da hər kəsə məlumdur ki, Ədliyyə Nazirliyinin tabeliyində çoxsaylı sturukturlar, o cümlədən baş idarə səlahiyyətli müstəqil struktur - Penitensiar xidmət də fəaliyyət göstərir və bu qurum Bakı şəhərində yerləşir. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Ədliyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları rəhbər tutur. Penitensiar xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bundan əlavə, Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsirləri əsasında həyata keçirir. Penitensiar xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Belə bir strateji əhəmiyyətə malik olan bu dövlət qurumuna Prezident İlham Əliyevin 10 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncam əsasında Mirsaleh Miradil oğlu Seyidov rəisi təyin olunur. Bu şəxsin həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə bəlli olur ki, 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olan və ali təhsilini uğurla başa vuraraq 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsində əmək fəaliyyətinə başlayan Mirsaleh Seyidov, ötən illər ərzində müxtəlif strateji vəzifələrdə çalışmışdır. Bu şəxs çalışdığı sahədə göstərdiyi xidmətlərinə görə 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” (1918-2018) yubiley medalı ilə, 20 noyabr 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunur. Bundan əlavə, 21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncam əsasında ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilir. Bu şəxsin arxada qoyduğu illərə nəzər saldıqda bəlli olur ki, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə rəhbərlik edən Mirsaleh Seyidov, ötən illər ərzində olduqca şərəfli və mənalı ömür yolları keçmişdir. Faktdır ki, bu şəxsin xarakterik xüsusiyyətinin, yüksək insani keyfiyyətinin varlığı onu söyləməyə əsas verir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti var. Unutmaq olmaz ki, ədliyyə general-mayoru ali xüsusi rütbəsinə sahib olan Mirsaleh Seyidovun fəaliyyəti göz önündə olub və hər zaman geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Hal-hazırda tam əksəriyyət bu şəxsin qürurlu adı ilə öyünür, hətta iftixar hissi də keçirirlər. Çünki, Mirsaleh Seyidov indiyə kimi atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir parlaq iz qoyub ki, həmin iz bugünkü tariximizə birdəfəlik həkk olunub. Bu gün o, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi nüfuzlu şəxsdir. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan bu şəxsin adı geniş ictimaiyyət arasında tanınır və dillər əzbəridir. Bu cür münasibətin varlığı bir daha onu göstərir ki, Mirsaleh Seyidov böyük şəxsdir, əksəriyyət üçün örnək ola biləcək ləyaqətli Vətən oğludur. Ədliyyə Nazirliyinə tabeli qurumlardan biri də, Penitensiar Xidmətin Müalicə Müəssisəsidir ki, hal-hazırda bu müəssisəyə Mayıl Məmmədov rəhbərlik edir. Son bir-iki ildir ki, bu Müalicə Müəssisəsində ümumi vəziyyətin yaxşı mənada dəyişməsi haqda müəyyən çevrələrdə söz-söhbətlər dolaşır ki, bu da əsl həqiqəti ifadə edir. Yəni, bu müəəsisədə cəzaçəkən hər kəsə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi, müəyyən təminatların ödənilməsi, müalicə alan şəxslərə qarşı nümayiş etdirilən yanaşmanın varlığı və s. onu göstərir ki, cənab Fərid Əhmədovun nazir vəzifəsinə təyinatından sonra, bu müalicə müəssisəsində də ab-hava tamamilə dəyişmişdir. Digər tərəfdən, bu müəssisəyə rəhbərlik edəm Mayıl Məmmədov öz yanaşması ilə əsl vətəndaşlıq borcunu yerinə yetirir. Ötən illər ərzində dövlətimizə və xalqımıza şərəflə, vicdanla xidmətlər göstərən bu şəxs, hal-hazırda da oxşar yanaşmasını davam etdirməkdədir. Söz yox ki, bu cür yanaşma Mayıl Məmmədovun xalqına və dövlətinə bağlı olmasından irəli gələn addımlardır. Qeyd edək ki, bu günün özü də bir tarixdir. Əgər vəzifə sahibi olan hər kəs, məhz özündə cəmləşdirdiyi potensialı bu yöndə səfərbər edərsə, deməli həmin şəxsin adı bugünkü tariximizə yazılacaq və illər keçsə də lazımi qiymətini alacaq, hətta xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Mayıl Məmmədov da belə şəxslərdən biridir. İnanırıq ki, illər keçsə də bu şəxsin fəaliyyəti xalq tərəfindən, bu gün olduğu kimi sabah da lazımınca qiymətləndiriləcək. Вернуться назад |