Главная > --- > Ağsu Rayon Mərkəzi Xəstəxanasında ana-uşaq ölümü hallarının təhlili məqsədilə müşavirə keçirilib
Ağsu Rayon Mərkəzi Xəstəxanasında ana-uşaq ölümü hallarının təhlili məqsədilə müşavirə keçirilib24-08-2024, 10:17. Разместил: admin |
Ağsu Rayon Mərkəzi Xəstəxanasında hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvlərinin iştirakı ilə müşavirə keçirilib. Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov, Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli, Doğuşayardım Komissiyasının üzvü, Sumqayıt Perinatal Mərkəzinin Neonatal şöbəsinin müdiri Yeganə Ağayeva, Doğuşayardım Komissiyasının üzvü Leyla Sədiyeva, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, şöbə və bölmə müdirləri, o cümlədən ginekoloqlar və neonatoloqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisələrində ilkin səhiyyə xidmətinin təşkilinin vacibliyini vurğulayıb. O, bu sahədə təkmilləşdirmə işlərinin aparıldığını qeyd edib. TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova 2023-cü ildə TƏBİB tabeli müəssisələrdə göstərilmiş doğuşayardım xidməti, antenatal xidmətin yaxşılaşdırılması, reproduktiv sağlamlığa dair Milli strategiyanın hədəflərindən, Dağlıq Şirvan Regional TƏB üzrə müqayisəli antenatal xidmətinin nəticələrindən, antenatal xidmətin yaxşılaşdırılmasına dair təkliflərdən, əsassız keysəriyyə kəsiyi əməliyyatlarının azadılmasına dair təkliflərdən bəhs edib. Sumqayıt Perinatal Mərkəzinin rəhbəri, Doğuşayardım Komissiyasını sədri Təranə Rəcəbli 2023-cü ildə baş vermiş ana ölümlərinin təhlillərindən, antenatal qulluğa cəlb olunan hamilələrə göstərilən ilkin səhiyyə xidməti, ailə planlaşdırılması işində ilkin səhiyyə xidmətinin rolundan danışıb. Perinatal Mərkəzin Neonatal şöbəsinin müdiri, Doğuşayardım Komissiyasının üzvü Yeganə Ağayeva neonatal təxliyənin kliniki protokollara uyğun həyata keçirilməsi, yenidoğulanın təxliyəyə hazırlanması mərhələsi, keyfiyyətli təxliyənin əsas prinsiplərindən bəhs edib. Xəstə xidmətləri şöbəsinin müdiri, Doğuşayardım Komissiyasının üzvü Leyla Sədiyeva isə ana və uşaq sağlamlığına dair göstərilən tibbi xidmətlə bağlı məlumatların elektron portalda qeydiyyatının aparılması məsələləri, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin ödənilməsi, icra olunan tibbi xidmətlərin reyestri, perinatal xidmət kodlarının qeydiyyata alınması, əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlər, müəssisələr tərəfindən doğum, ölüm və perinatal ölüm haqqında tibbi şəhadətnamənin yazılması və verilməsi haqqında məlumat verib. TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev isə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində ilkin səhiyyə xidmətinin əhəmiyyətinin zəruriliyini diqqətə çatdırıb. Həmçinin müşavirə zamanı tibb müəssisələrində antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkili, antenatal tibbi xidmətin təkmilləşdirilməsi, ana və uşaq sağlamlığına dair göstərilən tibbi xidmətlə bağlı məlumatların elektron portalda qeydiyyatının aparılması, mamalıq ağırlaşmalarının və ekstragenital xəstəliklərin diaqnostikasının vaxtında aparılması, neonatal təxliyənin kliniki protokollara uyğun həyata keçirilməsi, keysəriyyə kəsiyi əməliyyatlarının tibbi göstərişlərə uyğun icrasının təşkili, antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkilindən irəli gələn digər məsələlər müzakirə edilib. Tədbirdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. Вернуться назад |