Главная > --- > Aqiyə Naxçıvanlı: “İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi mühüm siyasi əhəmiyyət kəsb edən qərardır”
Aqiyə Naxçıvanlı: “İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi mühüm siyasi əhəmiyyət kəsb edən qərardır”21-08-2024, 15:35. Разместил: admin |
“Məlum olduğu kimi, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Həmin ilin 8 avqust tarixində təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Əlbəttə ki, ermənilərin 1990-cı illərin əvvəllərində işğal etdikləri torpaqlarımızın hər qarışı bizim üçün böyük itki idi. Dövlət başçımızın 2023-cü ilin avqustun 26-da Laçın şəhərində etdiyi çıxışında dediyi kimi, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Bununla belə məhz Laçının işğalı strateji nöqteyi-nəzərindən bütün ölkə üçün ağır bir fəlakət oldu. Çünki bu işğalla artıq mövcud olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi əlaqə yaradıldı və Azərbaycanın sonrakı itkilərinin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi ilə qoyuldu. Lakin şanlı Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan düşmən üzərində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazandı. 44 günlük Vətən müharibəsində əldə olunmuş və torpaqlarımızın 30 illik işğalına son qoymuş tarixi Qələbəmizdən dərhal sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Böyük Qayıdış” proqramı dövlətimizin əsas prioriteti kimi müəyyən edildi. Uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları üçün işğaldan azad edilmiş ərazilərimizdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində vüsətli iş aparılır.” Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Daha sonra A.Naxçıvanlı işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin əhəmiyyətindən bəhs edərək bunları deyib: “Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Əlbəttə ki, Azərbaycanın tarixi qələbə günlərinin əbədiləşdirilməsi mühüm vəzifədir və məhz bu baxımdan da respublikamızın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edən bir qərardır. Həmçinin bu məqsədlə atılan mühüm addımlardan biri də Laçın rayonunun işğaldan azad olunmasında xüsusi fərqlənmiş hərbiçilərimizin təltif olunması ilə bağlıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bütün bunlar Azərbaycanın qalib ölkə olaraq öz ərazilərinin toxunulmazlığını və təhlükəsizliyini bundan sonra da yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Вернуться назад |