Главная > --- > Görəsən sakinlərin “Vədinə xilaflar” məktubunda nələrdən bəhs olunacaq?

Görəsən sakinlərin “Vədinə xilaflar” məktubunda nələrdən bəhs olunacaq?


20-08-2024, 14:25. Разместил: admin
Görəsən sakinlərin “Vədinə xilaflar” məktubunda nələrdən bəhs olunacaq?


    Lerik rayonunun 08 avqust 1930-cu ildə təşkil olunmasına, Bakıdan bu rayona olan məsafənin 305 km olmasına baxmayaraq, hal-hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri vəzifəsini daşıyan, 10 aprel 2012-ci il tarixdə “Əməkdar mühəndis” fəxri adına layiq görülən, 21 fevral 2018-ci il tarixdə isə “Şöhrət” ordeni ilə təltif olunan cənab Saleh Məmmədovun, Lerik rayonunun Mastail kənd sakinlərinə bəslədiyi “bruja” münasibət, bu gün də çoxsaylı şübhələrin baş qaldırmasına səbəb olmaqdadır. Sual oluna bilər ki, Mastail kənd sakinləri hara, cənab Saleh Məmmədov hara, “bruja” münasibət hara? Səndemə, əksəriyyət hələ də bilmir ki, xeyli müddət bundan öncə Astara rayonu ərazisində Mastail kənd sakinləri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri arasında “möhtəşəm” görüş keçirilir və həmin görüşdə cənab Saleh Məmmədov, rayon mərkəzindən Mastail kəndinə gedən, hansı ki, uzunluğu 2,5 km olan yolun qaydaya salınması yöndə sakinlərə “yağlı vəd”ini verir. Buna baxmayaraq, günlər, həftələr, aylar, hətta fəsillər birbirini əvəzləsə belə, verilən vəddən heç bir səs-soraq çıxmır ki, çıxmır. Belə olan halda kənd sakinləri baş qaldıran hirs və qəzəblərini cilovlaya bilmədiklərindən, hətta qanunla əl əməyindən istifadə olunması qadağan olunan azyaşlının da köməyindən istifadə edərək, həmin yolu qaydaya salmağa başlayırlar. Bu da onu göstərir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Mastail kənd sakinlərini, sanki milçək yerinə belə qoymur. Yerlərdə dolaşan sözsöhbətlərə görə, hal-hazırda bu kəndin sakinləri Saleh Məmmədova “vədinə xilaflar” başlığı altında, hansı ki, bir kimsənin oxuması məsləhət görülməyən, mahiyyəti və məzmunu hər kəsdən olduqca xəlvəti saxlanan məktub yazıb göndərmək qərarına gəliblər. Yəqin ki, sakinlər həmin məktubda Saleh Məmmədovun onlara bəslədiyi “bruja” münasibətdən bəhs edib, bəzi gizlinləri bu şəxsə xəlvəti yollarla çatdıracaqlar. Bu da o deməkdir ki, Mastail kənd sakinləri heç də fağır millətin sadə nümayəndələri deyillər haaaa .....


Вернуться назад