Главная > --- > Aqiyə Naxçıvanlı: “Mərkəzi Asiya Ölkələri ilə Azərbaycan arasında münasibətlər ortaq mədəni köklər üzərində qurulmuşdur”

Aqiyə Naxçıvanlı: “Mərkəzi Asiya Ölkələri ilə Azərbaycan arasında münasibətlər ortaq mədəni köklər üzərində qurulmuşdur”


10-08-2024, 12:14. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Mərkəzi Asiya Ölkələri ilə Azərbaycan arasında münasibətlər ortaq mədəni köklər üzərində qurulmuşdur”


“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri artıq uzun illərdir ki, uğurla inkişaf edir. Cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Mərkəzi Asiya Ölkələri və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə Ölkə Prezidenti cənab İlham Əliyevin fəxri qonaq qismində iştirakı da ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Qeyd edək ki, cənab Prezident İlham Əliyev son iki ildə Mərkəzi Asiya ölkələrinə artıq 16 dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Prezidentləri də Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Dövlət başçımızın Astana Sammitində etdiyi çıxışında qeyd olunduğu kimi, bu səfərlərin yüksək intensivliyi bir daha göstərir ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Çox önəmli bir məqam da budur ki, Mərkəzi Asiya Ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəm bünövrəsi məhz ortaq mədəni köklər üzərində qurulmuşdur. Qeyd edək ki, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət alması artıq ənənəvi xarakter almışdır. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.”

Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Daha sonra müsahibimiz bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində nəqliyyat və logistika sahəsinin yeri xüsusi önəm kəsb edir: “Məlum olduğu kimi, Azərbaycanda son bir neçə ildə bərpaolunan enerji sahəsində möhtəşəm layihələr həyata keçirilməkdədir. Bu gün Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynayn Azərbaycan yaxın gələcəkdə bu qitəyə yaşıl enerji də ixrac edəcək. Həmçinin ölkəmiz hazırda bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə də sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıq istiqamətində atılmış ilk və çox mühüm addımdır. Bununla belə, dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri yenə də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Azərbaycan hazırda Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları da yaradılıb ki, bu da iqtisadi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfədir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Eyni zamanda bu tranzitin əks istiqamətdə də əhəmiyyəti heç də az deyil” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Вернуться назад