Главная > --- > Şamxal Həsənovun istefasının səbəbləri ilə bağlı yayılan məlumatlar öz təsdiqni tapmadı

Şamxal Həsənovun istefasının səbəbləri ilə bağlı yayılan məlumatlar öz təsdiqni tapmadı


3-08-2024, 21:42. Разместил: admin
Şamxal Həsənovun istefasının səbəbləri ilə bağlı yayılan məlumatlar öz təsdiqni tapmadı


aia.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov istefa verib. Müavinin istefa qərarı bəzi mətbu orqanları tərəfindən gündəmə gətirilib. Müəyyən saytlarda dərc olunan materiallarda Ş.Həsənovun bu addımı atmasına səbəb olan amillər təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib. Bəzi yazılarda isə, ümumiyyətlə heç bir əsası olmayan versiyalar irəli sürülüb. Bununla bağlı Ş.Həsənov özünün facebook səhifəsində açıqlama verib. Açıqlamada bildirilir ki, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevlə müavini arasında hər hansı qarşıdurma və ya narazılıq olmayıb. Şamxal Həsənovun işdən çıxmasının yeganə səbəbi isə, onun bu yaxınlarda yeni vəzifəyə təyinat alacağı ilə bağlıdır.




Вернуться назад