Главная > --- > Hədəfimiz bəllidir

Hədəfimiz bəllidir


23-07-2024, 12:05. Разместил: admin
Hədəfimiz bəllidir


Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Məhz buna görə də, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış etməkdədir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Eyni zamanda, Azərbaycan dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Və bu gün müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Həmçinin, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bundan sonra da ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğulayıb: “Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.”
Bu bir daha göstərir ki, ölkə başçısının Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısı “Neft Strategiyası”nın hədəflərinə nail olunub. Məhz Azərbaycan Prezidentinin proqnozlaşdırılmış və dünyadakı çağırışları çevik nəzərə alan enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır. Cənab İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində sözün həqiqi mənasında dəyişkən enerji xəritəsi formalaşdırılmış, dünyanı heyrətləndirən meqalayihələrin təşəbbüskarına çevrilən ölkəmiz yalnız regionun deyil, Avropanın belə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın həm coğrafi, həm də regional mövqeyini möhkəmləndirir.Qeyd edilən tədbirdəki çıxışında ölkəmizin başçısınınb səsləndirdiyi bu fikir diqqət çəkir: “Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. “ Bəli hədəf də, Lider də bəllidir. Yeni hədəflərə doğru cəsarətli irəliləyiş Azərbaycan məqsədlərinə çatacaqdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



Вернуться назад