Главная > --- > Eltun Süleymanov: “Cənab İlham Əliyevin Pakistana səfəri çox mühüm nəticələr doğuracaqdır”
Eltun Süleymanov: “Cənab İlham Əliyevin Pakistana səfəri çox mühüm nəticələr doğuracaqdır”12-07-2024, 16:56. Разместил: admin |
“Azərbaycana dost ölkələrin sayı gündən-günə artmaqdadır. Ölkəmizin başçısı cənab İlham Əliyevin müdrik siyasəti, ardıcıl, qətiyyətli mövqeyi, , diplomatik məharəti və ən əsası isə sözünün ağası olması ilk növbədə onun şəxsinə və ölkəmizə böyük nüfuz qazandırıb. Buna görə də bir çox dövlətlərin mövqeyində ciddi dəyişikliklər baş verib. Lakin iki ölkə vardır ki, onlarla olan münasibətimiz əsil qardaşlıq nümunəsi hesab edilə bilər. Bu ölkələr Türkiyə və Pakistandır. Azərbaycan xalqı bu ölkələri və xalqları özünün ən yaxın dostu, qardaşı, strateji müttəfiqi kimi bilir və biləcəkdir. Pakistan İslam Respublikası ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biridir.Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörməti bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, “Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir. 44 günlük Vətən müharibəsi dövründə bu qardaş ölkənin Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etməsi, siyasi dəstək nümayiş etdirməsi Azərbaycan xalqının yaddaşından heç vaxt çıxmayacaqdır.” Eltun Süleymanov bildirib ki, “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu dost münasibətləri cənab prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da inkişaf etmişdir. Qarşılıqlı rəsmi səfərlər, bütün beynəlxalq təşkilatlarda hər iki ölkənin eyni mövqedən çıxış etməsi, ticari-iqtisadi , hərbi, mədəniyyət, bir sözlə, həyatın bütün sahələrini əhatə edən müqavilərin imzalanması, yeri gələndə bir-birinə güzəştlər edilməsi bir sıra ölkələrdə qibtə doğuracaq səviyyədədir. Cənab İlham Əliyevin 11 iyulda Pakistan İslam Respublikasına növbəti rəsmi səfəri də yaddaqalan olmuşdur. Bu səfər çərçivəsində 15 müqavilə imzalanmışdır. Bu onu göstərir ki, qardaş ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkə rəhbərinin siyasi iradəsi və xalqların qarşılıqlı dost münasibəti həlledici rol oynayır. Cənab Prezident İlham Əliyev birmənalı olaraq Kəşmir və Cəmmu məsələsində Azərbaycanın Pakistanın yanında olduğunu və problemin beynəlxalq hüquq normalarına əsasən həll edilməli olduğunu qeyd etmişdir. Sənədlərin mübadiləsi zamanı Azərbaycanın Pakistandan düyü idxalına gömrük rüsumunu ləğv etməsindən mütəəssir olduğunu qeyd edən Baş nazir Məhəmməd Şahbaz Şərif deyib: “Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq.” Bəli, cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, qətiyyətli və mərd xarakteri bu qardaş ölkədə kifayət qədər yüksək qiymətləndirilir, dostluğumuz, qardaşlığımız, strateji müttəfiqliyimiz möhkəmlənir. Bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yükəslməsinə ciddi təsir göstərir. Cənab Prezident İlham Əliyevin Pakistana növbəti səfərinin nəticələri bunu deməyə əsas verir”-deyə müsahibimiz fikrini yekunlaşdırıb. Вернуться назад |