Главная > --- > Eltun Süleymanov” Türk dünyasına töhfə”
Eltun Süleymanov” Türk dünyasına töhfə”7-07-2024, 12:07. Разместил: admin |
“44 günlük Vətən müharibəsində şanlı qələbəmizin rəmzi olan Şuşa şəhəri bu günlərdə böyük bir tarixi hadisəyə şahidlik və ev sahibliyi etmişdir. Qalib sərkərdə cənab İlham Əliyevin qətiyyəti və dönmçəz iradəsi sayəsində ordumuzun azadlığa qovuşdurduğu Şuşada iyulun 6-da Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü dünyanın nəzərlərini bu şəhərə yönəltdi. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk xalqlarının tarixinə qızıl hərflərlə yazılacaq tarixi bir sənədə- Qarabağ Bəyannaməsinə imza atdılar. Bu mühüm sənədin özündə ehtiva etdiyi ideyalar əslində Türk xalqlarının gələcək inkişaf modelidir, desək yanılmarıq. Dövlət başçılarının türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu, bəşəriyyətə verdiyi töhfələri, svilizasiyaların inkişafında tarix boyu oynadığı rolu xüsusi vurğulaması diqqət çəkir. Və qeyd edilir ki, COP29-a ev sahibliyi edəcək Azərbaycanın bu sahədə apardığı iş də bəşəriyyətə, sağlam gələcəyə xidmət edən fəaliyyətdir və türk dövlətləri bu fəaliyyəti dəstəkləyir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, “Bəyannamədə qeyd edilən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunun bəyan edilməsi çox mühüm əhəmiyyətə malikdir. Əslində bu, bir sıra güc mərkəzlərinə mesajdır. Azərbaycan vətəndaşlarının Qarabağa-öz doğma yurdlarına qayıdışının alqışlanması və hər cür dəstəyin ifadə olunması göstərir ki, qardaş ölkələr bu sahədə xalqımızın yanındadır, hökumətimizlə və xalqımızla həmrəydir. Qardaş ölkə rəhbərlərinin Orta Dəhliz layihəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyətini yüksək qiymətləndirməsi, ölkəmizin TDT-yə xüsusi önəm verərək onun büdcəsinin artırılmasına yönəlik işini təqdir etməsi, ticari-iqtisadi əlaqələrin inkişafına ölkəmzin, onun müdrik rəhbəri cənab İlham Əliyevin töhfəsini dəyərləndirməsi qürurvericidir. Eltun Süleymanov qeyd edib ki, “Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin inteqrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət hamıya məlumdur. Təşkilata üzv ölkələr və onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki fikirlərini nəinki bölüşür, həmçinin özləri də imkanları çərçivəsində təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Lakin, heç şübhəsiz, Azərbaycan Liderinin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir.”-deyə dəfələrlə vurğulayan ölkəmizin başçısı cənab İlham Əliyevin bu sahədə gördüyü işlər tarixə qızıl hərflərlə yazılacaqdır. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsinin 8 milyard 208 milyon dollar təşkil etməsi, üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatlarının Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olması göstərir ki, Azərbaycanın sözügedən ölkələrlə əlaqələri və əməkdaşlığı getdikcə daha geniş vüsət alır. Bunlar cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına və Türk dünyasına verdiyi töhfədir.” Вернуться назад |