Главная > --- > QHT sədri: “Vətəndaş cəmiyyəti antinarkomaniya sahəsində beynəlxalq təcrübəni mütləq öyrənməlidir”

QHT sədri: “Vətəndaş cəmiyyəti antinarkomaniya sahəsində beynəlxalq təcrübəni mütləq öyrənməlidir”


27-06-2024, 10:18. Разместил: admin


Azərbaycanın vətəndaş cəmiyyəti ümummilli bəlalardan biri olan narkotik və narkomaniyaya qarşı mübarizədə dövlətə dəstəyini davam etdirməklə yanaşı öz işini müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində real və səmərəli addımlar atmaqdadır”.

Bunu “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü münasibətilə bugünədək əldə edilmiş nəticələri təhlil edərkən və qarşıda duran əsas vəzifələr barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti narkotikə və narkobiznesə qarşı mübarizədə çox ciddi və uğurlu nəticələr göstərir. “Bunun başlıca səbəblərindən biri odur ki, antinarkomaniya tədbirləri yalnız lokal deyil, eyni zamanda, regional və qlobal miqyasda həyata keçirilir. Azərbaycan dövlətinin bu işlərdə çox böyük və, ən əsası, çox faydalı payı var. Vətəndaş cəmiyyətinin üzvləri də, öz növbəsində, fəaliyyətində ən səmərəli nümunələri öyrənməli və tətbiq etməlidir. Bu baxımdan “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin Narkotiklər üzrə Vyana QHT Komitəsinin illik sessiyasında iştirak etməsi, daha sonra isə bu təşkilata, həmçinin Cinayətin Qarşısının Alınması və Ədalətli Cinayət Təqibi üzrə QHT-lərin Alyansına üzv qəbul olunması mühüm addımlar oldu”. QHT sədri vurğuladı ki, bu işlər milli vətəndaş cəmiyyəti üzvlərinə beynəlxalq əlaqələri genişləndirməyə imkan verməklə yanaşı müsbət təcrübələrin öyrənilməsi nöqteyi-nəzərdən olduqca vacibdir. Büllur Məmmədova bildirdi ki, sədrlik etdiyi “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi bundan sonra da beynəlxalq tərəfdaşlarının sayını artırmaq və antinarkomaniya sahəsində müsbət təcrübələrin öyrənilməsi üçün səylərini davam etdirəcək.



Вернуться назад