Главная > --- > Eltun Süleymanov: “İran-Azərbaycan dostluğunun və əməkdaşlığının nümunəsi”
Eltun Süleymanov: “İran-Azərbaycan dostluğunun və əməkdaşlığının nümunəsi”20-05-2024, 19:02. Разместил: admin |
“Mayın 19-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilmişdir. İlk dəfə ölkə rəhbərlərinin sərhəddə görüşməsi və nəhayət başa çatan layihənin açılış mərasimində iştirak etmələri iki ölkə arasında münasibətlərin müsbət gələcəyindən xəbər verən addımlardan biri kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Eltun Süleymanov bildirib ki, “açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu mərasimi qədim dostluğumuzun, mehriban qonşuluğumuzun nümunəsi adlandıraraq bundan sonra da qonşu İran dövləti ilə mühüm layihələrin gerçəkləşdiriləcəyini qeyd etmişdir. Torpaqlarımızın işğal olunduğu dövrdə İran İslam respublikası tərəfindən tikintisi davam etdirilən bu hidroqovşaqlar iki ölkə arasında münasibətlərə də ciddi təsir göstərəcəkdir. Ölkəmizin başçısı bildirmişdir ki, “ Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.” Eltun Süleymanov qeyd etmişdir ki, ölkə başçısının cənub qonşumuz olan İranla münasibətlərə xüsusi önəm verməsi, regionda sabitliyə və təhlükəsizliyə xidmət edən mesajlar ötürməsi diqqət çəkən məqamlar olmuşdur. Cənab Prezident bildirmişdir ki, “Bu gün, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.” Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsini ölkələrimizin gələcək inkişafında, nəqliyyat təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağını qeyd edən cənab İlham Əliyev region ölkələrini sülh, əmin-amanlıq şəraitində yaşamağa, kənar qüvvələrin aldadıcı vədlərinə uymamağa çağırdı və bundan sonra da İran-Azərbaycan münasibətlərinin müsbətə doğru inkişafında ölkəmizin maraqlı olduğunu qeyd etmişdir.” Вернуться назад |