Главная > --- > Eltun Süleymanov: “Şuşa milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin canlı nümunəsidir”

Eltun Süleymanov: “Şuşa milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin canlı nümunəsidir”


14-05-2024, 11:19. Разместил: admin
Eltun Süleymanov: “Şuşa milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin canlı nümunəsidir”


“Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu şəhərin inkişafına çox böyük qayğı göstərmişdir. Ulu öndər Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!".
Dövlət başçısının qərarı ilə Şuşada Vaqif poeziya günləri və "Xarıbülbül" festivalının bərpa olunması ilə dövlət rəhbəri qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin, onun mədəni mərkəzlərinin yenidən qurulması və bərpası ilə bağlı kodeksi də təqdim etmiş oldu.
Şuşa azadlığına qovuşandan sonra bərpa edilən musiqi festivalı yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyev iştirak etmələri və dövlət başçısının çıxışı bu festivala verilən önəmin ifadəsidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cənab İlham Əliyev çıxışında Şuşaa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması qərarına görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürünü bildirərək bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi dəyərləndirmişdir: “Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.”
28 il Şuşasız yaşadığımızı, bu illər ərzində Şuşada erməni faşistlərinin milli-mədəni abidələrimizi darmadağın etdiyini bildirən ölkə başçısı işğaldan sonra Şuşa şəhərinin dirçəldilməsi istiqamətində çox böyük layihələrin həyata keçirildiyini qeyd edərək bildirmişdir ki, “ Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.”

Eltun Süleymanov müsahibəsinin sonunda qeyd edib ki, “Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır.”


Вернуться назад