Главная > --- > Azərbaycan sülhə dəstək verir

Azərbaycan sülhə dəstək verir


7-05-2024, 12:17. Разместил: admin
Azərbaycan sülhə dəstək verir


Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Mayın 1-də Bakı Konqres Mərkəzində açılış mərasimi keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu qəbildən olan tədbirlərdən biridir. Forumun açılış mərasimində çıxış edən ölkə başçısı cənab İlham Əliyev iştirakçıları salamalmış və 3 gün davam edəcək tədbirdə müzakirə olunacaq məsələlərə münasibət bildirmişdir.
Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan multikultural ənənələrə malik ölkədir. Bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edirlər və Azərbaycan xalqı bununla fəxr edir. Çünki bu özü bəşəri bir duyğudur və xalqımız tərəfndən daim uca tutulur: “Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar. Buna görə, məhz təcrübəmiz göstərir ki, biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi.”
İşğaldan sonrakı vəziyyətə toxunan cənab Prezident qeyd etdi ki, Azərbaycan xalqı və dövləti 30 il işğalın əziyyətini çəkib. Keçən ilin sentyabrında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda bu gün bərpa-quruculuq işləri davam edir. Zəngəzur və Qarabağ iqtisadi rayonlarında görülən işlərin həcmi çox böyükdür. Eyni zamanda ölkəmiz beynəlxalq tədbirlərdə, iqlim dəyişikliklərinə qarşı mübarizədə də fəal iştirak edir, alternativ enerji mənbələrinin işə salınmasına kifayət qədər sərmayə qoyur:” Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq.”

Eyni zamanda dünyada gedən proseslərə nəzər salan ölkə başçısı bu gün-XXI əsrdə hələ də davam edən yeni müstəmləkəçilik təzahürlərinə qarşı mübarizənin də vacibliyini qeyd etdi. Hazırda bir sıra dövlətlərin millətləri assimilyasiya cəhdinin olduğunu bildirərək bunu bəşəriyyət üçün təhlükə adlandırdı və neokolonializmin hər cür təzahürlərinə qarşı oldğumuzu bildirdi. Təəssüf ki, başqalarının daxili işlərinə qarışmağa öyrəncəli olan Avropa nədənsə bu məsələdə susur: “Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?”

Cənab İlham Əliyev bu çıxışı ilə bir daha ölkələrin suverenlyinə qarşı çıxışları ilə gündəmdə olan bəzi dövlətlərə, onların rəhbərlərinə xatırlatdı ki, indiki zamanda hər hansı təhdidlə danışmaq gözlənilən effekti verməyəcəkdir. Ən yaxşısı sülhə töhfə vermək, dünyanın qlobal problemlərini həll etməkdir və bizi bu yoldan kimsə döndərə bilməyəcək.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



Вернуться назад