Главная > --- > Eltun Süleymanov: “Azərbaycan-Rusiya münasibətlərinin inkişafı Ümummilli Lder Heydər Əliyevin adı ilə bağlıdır”
Eltun Süleymanov: “Azərbaycan-Rusiya münasibətlərinin inkişafı Ümummilli Lder Heydər Əliyevin adı ilə bağlıdır”23-04-2024, 14:15. Разместил: admin |
“Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə impuls vermişdir. 2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və prioritetlər irəli sürməyə başladı. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilmədi, hər iki ölkənin milli maraqları (təhlükəsizlik, iqtisadi inkişaf) daha vacib elan olundu. Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi baza formalaşdırıldı. İki ölkə arasında bu günə kimi 200-dək hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya, maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması sahələrini əhatə edir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, “Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü də münasibətlərin bundan sonrakı inkişafında mühüm addım hesab edilməldir. Cənab Prezident çıxış edərək qeyd etmişdir ki, Rusiya rəhbərliyi, həmçinin ictimaiyyət Heydər Əliyevin xatirəsinə dərin ehtiram göstərir və Azərbaycan xalqı bu ehtiramı yüksək qiymətləndirir. Ölkəmizin başçısı bildirib ki, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan BAM-ın tikintisində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Ötən il Azərbaycanda və Rusiyada Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildiyini xatırladan cənab İlham Əliyev . Azərbaycan xalqının bunu çox yüksək qiymətləndirdiyini bildirərək bundan sonra da dostluq, qardaşlıq münasibətlərinin davam etdiriləcəyini bildirmişdir” Eltun Süleymanov bildirdi ki, “müasir şəraitdə beynəlxalq logistikanın çox mühüm şərt olduğunu nəzərə alan dövlətimizin başçısı qlobal layihə olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malik olduğunu və bu nəqliyyat dəhlizinin yaradılmasında Rusiya və Azərbaycanın yüksək rolunu xüsusi vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bundan sonra da iki dost dövlətin münasibətlərində mühüm rol oynayacağını, birgə maraqlar və regional təhlükəsizlik məsələlərində faydalı əməkdaşlığa imkan verəcəyini bildirmişdir.” Вернуться назад |