Главная > --- > Eltun Süleymanov: “ Fransa birtərəfli və qərəzli siyasətindənəl çəkməlidir”

Eltun Süleymanov: “ Fransa birtərəfli və qərəzli siyasətindənəl çəkməlidir”


20-04-2024, 12:46. Разместил: admin
Eltun Süleymanov: “ Fransa birtərəfli və qərəzli siyasətindənəl çəkməlidir”


“44 günlük müharibədə qələbə qazanan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bir çoxları kimi, Fransa tərəfindən də həzm edilə bilmədi. İllərlə ATƏT-in Minsk qrupunun üzvü olan bu ölkənin iç üzü də elə bundan sonra açıldı. Məlum oldu ki, bu təşkilata üzv olmaqda Fransanın məqsədi heç də münaqişənin həllinə töhfə vermək yox, əksinə münaqişənin daha da qızışdırılması və çıxılmaz dalana dirənməsi olub. İllər uzunu üzdə dost görünməyə çalışan Fransa Qarabağ probleminin həllindən sonra kartlarını açıb tökdü və Azərbaycana qarşı qərəzli siyasətini gizlətmədən birtərəfli mövqe tutaraq ermənilərin mənafeyindən açıq çıxış etməyə başladı. Erməni sevdalısı Fransa son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini Azərbaycana qarşı təxribatların təşkilinə yönəltməklə öz simasını bəlli etdi.
Təbiidir ki, bu siyasətə qarşı Azərbaycan dövləti və xalqı biganə münasibət bəsləməyəcəkdi və elə də oldu. Milli maraqları hər şeydən üstün tutan Azərbaycan dövlətinin cavab tədbirləri isə Fransanı heyrətləndirmiş oldu. Bəli, axı bu dövlət belə adekvat cavablara vərdiş etməyib. Məhv etdikləri insanların kəllə sümüklərindən muzey yaradanlar, Afrikanı yüz illərlə sümürənlər, bəşəriyyətə qarşı ən qanlı cinayətə əl atanlar birdən-birə insan haqlarının (özü də təkcə ermənilərin) fəal müdafiəçisinə çevrilməklə əslində ölkəmizə qarşı ciddi təxribatlara yol verdilər. Son nəticədə isə məlum oldu ki, Fransa ölkəmizdə əməlli-başlı casus şəbəkəsi qururmuş. Bu şəbəkənin ifşası və casusların həbsi cənab Makronun olan-qalan yuxusuna da haram qatdı. Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək verməsi onlar üçün gözlənilməz olduğundan indi də səfiri geri çağırmaqla bir növ özünü duruya çıxarmağa çalışır. Lakin dünya görür və bilir ki, məsələnin bu həddə qədər gəlib çatmasının yeganə günahkarı məhz Fransadır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Konkret olaraq Fransa yeni geosiyasi reallıqları qəbul etmir. Bunun səbəblərindən biri də Cənubi Qafqazda geosiyasi oyunçu olmaq istəyidir. İkinci səbəb Fransanın siyasi isteblişmentinə böyük təsir göstərən erməni lobbisinin fəaliyyətidir ki, Makron ölkədəki narazılıqlar və mitinqlər zamanı ona dəstək verən erməni lobbisinə olan borcunu qaytarmaq istəyir. Azərbaycanın isə bu siyasətə ciddi təpki verməsi Fransanın, necə deyərlər, şəstinə toxunub. Lakin Fransa bir şeyi unudub ki, Azərbaycan nə Korsika, nə də Nigeriya deyildir. Azərbaycan xalqı öz torpağı uğrunda döyüşməyi də, ölməyi də, öldürməyi də bacarır. Heç kimin bircə qarış trpağında marağımız olmadığı kimi, kiminsə torpağımıza göz dikməsinə də dözüm göstərəsi deyilik.
Fransanı narahat edən üçüncü məslə isə regionda Azərbaycan-Türkiyə birliyinin güclənməsidir. Qardaş Türkiyə ilə siyasi-iqtisadi əlaqələrimiz möhkəmləndikcə Fransanın narahatlığı da paralel şəkildə artır. İllərlə öz maraqlarının qurbanına çevirdiyi ermənilərin də gec-tez bu həqiqəti anlayacağından qorxan Makron bəri başdan məsələni həll etmək, regionda suyu bulandırmaqla daha iri balıq tutmaq istəyir. Amma bir şeyi unudur ki, zaman fərlidir. İndi Azərbaycan regionun əsas söz sahibidir və bunu da yaxın tariximiz bir daha sübut etmişdir.”

Eltun Süleymanov sonda qeyd etmişdir ki, “Fransanın Azərbaycandakı səfirini geri çağırması suda boğulanın saman çöpündən yapışmasına daha çox bənzəyir. Ən yaxşısı, bu dövlət indiyə qədər apardığı birtərəfli və qərəzli siyasətindən əl çəkib regionda sülh və sabitliyə xələl gətirən hərəkətlərinə son qoymasıdır. Qalan bütün hallarda görəcəyi təpkilər Fransaya yaxşı heç nə vəd etməyəcəkdir.”


Вернуться назад