Главная > --- > Aqiyə Naxçıvanlı: “Bundan sonra Novruz əbədi olaraq doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq”

Aqiyə Naxçıvanlı: “Bundan sonra Novruz əbədi olaraq doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq”


16-03-2024, 16:26. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Bundan sonra Novruz əbədi olaraq doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq”


“Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bütün Türk dünyasının qədim bayramı olan Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır. Hələ 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Novruz bayramı ilə əlaqədar etdiyi çıxışında demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu gün Azərbaycan xalqı öz ali hədəfinə çatmışdır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. 2021-ci ilin 20 mart tarixində dövlətimizin başçısı ilk dəfə olaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə Şuşadan, Cıdır düzündən təbrik etdi. Bu il isə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Novruz artıq işğaldan azad edilmiş Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə və bütün digər ərazilərimizə öz mübarək qədəmlərini basır. Bu xoşbəxtliyi də bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi və bununla da beynəlxalq səviyyədə rəsmən tanınması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində baş tutub: “Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin növbəti Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Etiraf olunmalıdır ki, bu qərarın qəbul olunmasında Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevin müstəsna rolu və əməyi olub. 2016-cı ildə isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Novruz bayramı həm də Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür və milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Вернуться назад