Главная > --- > Zamanla səsləşən strategiya

Zamanla səsləşən strategiya


12-03-2024, 13:25. Разместил: admin
Zamanla səsləşən strategiya


2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər yeni dönəmin siyasi mənzərəsi olaraq bir sıra xüsusiyyətlərə malik oldu. Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışını xüsusi qeyd etmək lazımdır.

Cənab Prezident seçkilərin zəruriliyini, keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

Keçirilmiş seçkilərə dair beynəlxalq rəyin əhəmiyyətli oduğunu bildirən ölkə başçısı qeyd etmişdir ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmiəsi bunları deməyə əsas verir.

Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin labüd olduğunu bildirən cənab Prezident iqtisadi çıxışında bildirdi ki, islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Dövlətimizin başçısı həmçinin iqtisadiyyatın daha da inkişaf etdirilməsi, milli, mənəvi dəyərlərin qorunması, bu dəyərlər konteksində yeni gənc nəslin formalaşması, sosial və gənclər siyasətinin daha geniş vüsət alması və dövlətçilik ənənələrinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verdi və bu yöndə deputatların üzərinə düşən vəzifələrdən bəhs etdi.
Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Qonşu dövlətlərlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı bu məqamları da xüsusi vurğulamışdır: “Azərbaycan müasir, dünyəvi dövlət kimi günü-gündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və parlamentin rolu burada çox vacibdir. Bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkədə həm təhlükəsizlik, həm də sabitlik təmin edilib. Torpaqlarımız 30 illik işğaldan azad olunub.

Zaman göstərdi ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan uzaqgörənliklə qarşıda baş verəcək proseslərin anonsunu verir, hamını bir ideya ətrafında birləşməyə çağırırdı. Bu çağırışın nəticəsi olaraq bu gün Azərbaycan suveren, azad bir ölkə, Azərbaycan xalqı isə qalib xalq statusu qazanmışdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



Вернуться назад