Главная > --- > Aqiyə Naxçıvanlı: “Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər”

Aqiyə Naxçıvanlı: “Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər”


5-03-2024, 16:42. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər”


“Son dərəcə qürurverici bir haldır ki, Azərbaycan qadınları dünyanın bir çox ölkələrində, o cümlədən özünü “demokratiyanın beşiyi” kimi təqdim etməyə çalışan bəzi Avropa ölkələrində olduğundan daha əvvəl seçib-seçilmək hüququ əldə etmişlər. Belə ki, ilk dəfə Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Bu tarixi fakt Azərbaycan cəmiyyətinin qadına münasibətinin və əlbəttə ki, qadınlarımızın elm, mədəniyyət və digər sahələrdə malik olduqları yüksək potensiallarının bariz göstəricisidir. Şanlı tariximizin bütün dövrlərində olduğu kimi, bu gün də müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.”

Bu fikirləri 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı səsləndirib.

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan deputat Ulu Öndərimizin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını xüsusi qeyd edib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı. Qadınların hərtərəfli fəaliyyətinə geniş meydan verən Ulu Öndər sözün əsil mənasında lider qadınlar yetişdirmişdir. Ümummilli Liderin diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması işinə dəyərli töhfələr vermişdir.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı dünyada Azərbaycan qadınının müsbət imicinin formalaşmasında ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın müstəsna rol oynadığını xüsusi vurğulamışdır: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər bir Azərbaycan qadını üçün əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.”

Öz açıqlamasında deputat bunu da qeyd edib ki, bu gün Azərbaycanda uğurla həyata keçirilən dövlət qadın siyasəti ölkənin ictimai-siyasi həyatının bütün sahələrində xanımlarımıza öz potensiallarını açmaq imkanı verir: “Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qadın siyasəti xanımlarımızın qarşısında hüdudsuz imkanlar açır. Mən dərin fəxarət hissi ilə deyə bilərəm ki, hazırda Azərbaycan qadınının aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Həqiqətən də vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.  Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” – deyə, Aqiyə Naxçıvanlı açıqlamasını başa çatdırıb.


Вернуться назад