Главная > --- > Kamaləddin Qafarov: “Azərbaycan-Almaniya iqtisadi əlaqələri səmərəli əməkdaşlıq nümunəsidir”
Kamaləddin Qafarov: “Azərbaycan-Almaniya iqtisadi əlaqələri səmərəli əməkdaşlıq nümunəsidir”2-03-2024, 10:06. Разместил: admin |
“Etiraf etmək lazımdır ki, bu gün Avropa İttifaqına üzv olan heç də bütün ölkələr Cənubi Qafqazda məhz hansı formada təmsil olunmaq, regionda əməkdaşlıq əlaqələrinin qurulmasında hansı prioritetlərə əsaslanmaq kimi məsələlərdə ortaq mövqelərdən çıxış edə bilmirlər. Ermənipərəst qüvvələrin daha çox təsirinə məruz qalan Fransa hökuməti birmənalı olaraq anti-Azərbaycan siyasəti yürüdür və regionda gərginliyi artırmağa çalışır. Təkcə Ermənistanın silahlandırılması kimi, avantürist bir qərar artıq Fransanın Cənubi Qafqaz siyasətinin bu regionun ölkələri və xalqları üçün, o cümlədən ermənilər üçün yaxşı heç nə vəd etmədiyini açıq-aşkar göstərir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bidirib ki, Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bu məsələyə ətraflı toxunaraq, Fransanın və bu ölkənin əlində alətə çevrilmiş AŞPA-nın qərəzli və haqsız mövqelərinə dair fikirlərini bildirmişdir. “ Həqiqətən də, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli heç bir addım atmayıb. Təəssüflər olsun ki, bu gün ikili standartların tətbiqi bəzi böyük dövlətlər, eləcə də Avropa İttifaqı üçün adi hala çevrilib. Azərbaycan özü ilə bu cür davranmağa heç kimə icazə verməyəcəyini də artıq dəfələrlə nümayiş etdirib. Ölkəmizə qarşı tutduqları mövqelərindən asılı olmayaraq bütün Qərb dairələri yaxşı bilirlər ki, Azərbaycanın rəyi və iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Məhz buna görə də Avropanın işgüzar dairələri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını gizlətmirlər.” K.Qafarov deyib ki, Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri hər halda Avropada sağlam düşünən insanların üstünlük təşkil etdiyini deməyə əsas verir: “Görüş zamanı Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını qeyd etməklə, ölkələrimiz arasında münasibətlərin məhz ikitərəfli formatda inkişafının bəlkə də daha səmərəli ola biləcəyini vurğulamış oldu. Səfir, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində keçirilməsindən məmnunluqlarını ifadə etməklə, ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini diqqət mərkəzinə çəkmiş oldu. Nəhayət, səfir birmənalı olaraq bəyan etdi ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm rol oynayıb. Cənab Prezident İlham Əliyev görüş zamanı bu məqamı xüsusi qeyd etdi. Dövlətimizin başçısı münasibətlərin müsbət inkişaf dinamikasını şərtləndirə biləcək önəmli amil kimi, Almaniyanın neytrallıq nümayiş etdirdiyini və Fransadan fərqli olaraq Ermənistanı silahlarla təchiz etməməsini vurğuladı. Əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul etməsi təşəbbüsünün Almaniya parlamentinin üzvü, həm də birbaşa Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü tərəfindən irəli sürməsi təəssüf doğuran bir haldır. Bununla belə, cənab Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd etdi və Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini də vurğuladı. Bütün bunlar, əlbəttə ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşməsi üçün zəmin rolunu oynaya bilər”. Вернуться назад |