Главная > --- > Eltun Süleymanov:“Türk dünyasının gələcək inkişaf və birliyinə mühüm töhfə”

Eltun Süleymanov:“Türk dünyasının gələcək inkişaf və birliyinə mühüm töhfə”


21-02-2024, 10:09. Разместил: admin
Eltun Süleymanov:“Türk dünyasının gələcək inkişaf və birliyinə mühüm töhfə”


“Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham əliyev seçkilərdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etmişdir. Artıq ənənə halını almış bu səfərlər iki qardaş ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini sübut edir.
Rəsmi görüşdən sonra Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər.
Fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsini tarixi önəm daşıdığını qeyd edən cənab Ərdoğan nəticələrin qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləmiş və bundan sonra da hər iki qardaş ölkənin vahid platformadan çıxış edəcəyini bildirmişdir.
Ölkəmizin başçısı cənab İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərinin Türkiyəyə olmasını tarixi ənənə olmaqla yanaşı, Avrasiya üçün, Türk dünyası üçün önəm daşıdığını qeyd edərək bu münasibətlərin inkişafının zəruriliyini qeyd etdi. Türkiyənin hazırkı mövqeyinə toxunan cənab Əliyev bildirdi ki, “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, “ cənab Prezidentin qeyd etdiyi kimi, Türkiyənin bu səviyyədə inkişafının nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Azərbaycana ciddi dəstəyi nəticəsində hər hansı digər müdaxilələrə yol verilmədi və Azərbaycan 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bundan sonra da hər iki qardaş ölkənin bir-birini dəstəkləməsi bölgədə Azərbaycanın güc mərkəzinə çevrilməsində mühüm rol oynamış və oynamaqdadır.
Cənab İlham Əliyev qarşılıqlı iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini göstərərək bunun Türk Dövlətləri Təşkilatının inkişafına və möhkəmlənməsinə mühüm töhfələr verdiyini bildirmiş və eyni zamanda cari ilin iyulun 9-da Şuşada keçiriləcək görüşə Kuzey Kıbrıs Türk Cümhuriyyəti prezidentinin də dəvət ediləcəyini qeyd etmişdir. Bu onu göstərir ki. Azərbaycan bu təşkilatın inkişafında Türkiyə qədər maraqlıdır və müstəqil xarici siyasət yürüdür. Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 7,5 milyon dollar səviyyəsinə qədər yüksəlməsini xüsusi qeyd edən ölkə başçısı bundan sonra da birgə layihələrin həyata keçirilməsini qeyd etdi: “Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.” Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə tam gücü ilə işləyəcəyini bildirən cənab Prezident bunun da iqtisadi inkişafa təsir edəcəyini bildirdi.”

Eltun Süleymanov sonda qeyd etmişdir ki. “Azərbaycan-Türkiyə əlaqələrinin bu səviyyədə inkişafı, iki qardaş ölkə rəhbərinin eyni mövqedən çıxış etməsi, eyni fikir və amal uğrunda mübarizəsi Türk dünyasının gələcək inkişaf və birlik yolunda mayaka çevriləcəkdir.”


Вернуться назад