Главная > --- > Xalqın mövqeyi

Xalqın mövqeyi


6-02-2024, 14:03. Разместил: admin
Xalqın mövqeyi


Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının hazrıkı durumuna toxunub və rəsmi Bakının mövqeyini bir daha açıqladı. Dövlət başçısı vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Münaqişənin davam etdiyi dövrdə Minsk qrupu problemin həll edilməsinə cavabdeh olduğu halda heç bir iş görmədi və nəticə də olmadı. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Bu da onu göstərdi ki, Minsk qrupu əslində münaqişənin həll edilməməsi üçün fəaliyyət göstərib. Bunu hazırda Fransanın mövqeyi aydın göstərir. Minsk qrupunun üzvü olmuş Fransa bölgədə proseslərin qızışdırılmasına yönəlik hərəkətləri ilə sanki odun üstünə benzin tökməklə məşğuldur. Ermənistanı ardıcıl olaraq silahlandırma, beynəlxalq təşkilatlarda ermənipərəst mövqe bu dövlətin əsas siyasətinə elə çevrilib ki hətta öz daxili problemləri belə, yaddan çıxıb.
Çox təəssüf ki, eyni proses AŞPA da da diqqəti cəlb etməkdədir. Təbii ki, bu beynəlxalq təşkilatda da hadisələrin mərkəzində Fransa dayanır. Fransalı deputatların canfəşanlığı və Almaniyadan olan deputatların da eyni mövqedən çıxış etməsi nəticəsində Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsinə səbəb olmuşdur. Bununla da aydın oldu ki, əslində bəzi dairələr Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmamasında maraqlıdırlar. Çünki sülh sazişi imzalanrsa onların bölgəyə nüfuz etməsi çətinləşəcəkdir. Ölkəmizin başçısı qeyd edib ki, faktiki olaraq Ermənistanla Azərbaycan arasında sülh mövcuddur. Qalır bu prosesi rəsmiləşdirmək. Amma Ermənistan Konstitusiyasındakı müddəalar sülh müqaviləsi bağlansa belə, onun taleyini sual altında qoyur. Bu ölkədə qəbul edilmiş normativ-hüquqi aktlarda dəyişiklik edilmədiyi təqdirdə hər hansı sənədin imzalanması mənasızdır: “Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.”
AŞPA-nın qərarına münasibət bildirən ölkə başçısı qeyd edib ki, “Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.”
Bu da ilk növbədə Azərbaycan xalqının mövqeyidir. Azərbaycan xalqı bu cür ikili standartları 30 ildən artıqdır ki görür və hansı məqsəd güddüyünü yaxşı bilir. Ona görə də mövqeyimiz qətidir və ölkə başçısı da xalqın mövqeyini ifadə etmişdir. Fransa və onun kimi ermənipərəst dairələr də bu mövqenin qətiliyini anlamalıdırlar.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



Вернуться назад