Главная > --- > Eltun Süleymanov: “AŞPA-nın möğvqeyi birtərəfli və qərəzlidir, riyakarlıqdan başqa bir şey deyildir”
Eltun Süleymanov: “AŞPA-nın möğvqeyi birtərəfli və qərəzlidir, riyakarlıqdan başqa bir şey deyildir”25-01-2024, 22:58. Разместил: admin |
“2001-ci ildə Avropa Şurasına üzv olandan sonra ilk dəfədir ki, ölkəmiz Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə bütün əlaqələri kəsdi. Beləcə, Rusiyadan sonra Azərbaycan AŞPA-nı tərk edən ikinci ölkə oldu.Çünki sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. "Assambleya "Dağlıq Qarabağdakı vəziyyəti" də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn "çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini" qeyd edib və Assambleyanın sentyabr hadisələrini pislədiyini xatırladıb.Niyə və nə üçün xatırladıldığına gəlincə, təbii ki burada Fransanın maraqları və Avropanın siyasi m\ərkəzlərinin ermənipərəst mövqeyi açıq görünür. 35 ildə bircə dəfə bir milyon azərbaycanlı qaçqının etnik təmizləməyə məruz qaldığını dilinə gətirməyən AŞPA indi ermənilər üçün göz yaşı tökür. Halbuki həmin ermənilər özləri Qarabağı tərk ediblər və inbdi də onların qayıtması üçün Azərbaycan dövləti lazımi təminatı verir. Amma AŞPA-nın üzvü olan bir sıra dövlətləri bu təminat təmin etmir. Çünki bulanıq suda balıq tutmaq daha sərfəlidir. Azərbaycana bu bəhjanələrlə təzyiqlər etmək mümkündür və edilir də. Bu siyasi oyunbbazlar bir şeyi anlamaq istəmirlər ki bununla hakimiyyətə, mövcud sistemə gücləri çatası deyil. Çünki Azərbaycan xalqı Qarabağ məsələsində siyasi mövqeyindən asılı olmayaraq yekdildir, monolitdir və ölkə başçısınıən siyasətini dəstəkləyir. Çünki mkövzu torpaq və Vətən olunca digər məsləklər ikinci plana keçir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, “Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu da onu göstərir ki, Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Çox təəssüf ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. Lakin məlum olduğu kimi Azərbaycan müstəqil siyasət yürüdür və regionda Azərbaycansız hər hansı layihənin gerçəkləşməsi mümkün deyildir. Fransa Azərbaycanda da Afrikadakı kimi dominantlıq edə bilmədiyindən bu cür çirkin və qərəzli mövqe sərgiləməkdə davam edir. Eltun Süleymanov qeyd edib ki, üzdəniraq layihənin guya müəllifi olan almaniyalı deputat F.Şvabe qətnamə layihəsi ilə bağlı təklifini oxuyarkən Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini "sentyabrın 7-də keçiriləcək seçkilər" kimi təqdim edib. Bu isə Şvabenin üzündən oxuduğu və guya "müəllifi" olduğu sənədin başqa məkanda, başqa şəxslər tərəfindən hazırlandığına dəlalət edən fakt sayıla bilər. O, ölkəmizi "qarabağlı erməniləri zorla Qarabağdan çıxarmaqda, insan haqlarını pozmaqda, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə və s." suçlayıb. AŞPA-nın Prosedur Qaydalarının 8-ci bəndi belə səbəblər olduqda üzv ölkənin nümayəndə heyətinin səlahiyyətlərini dayandırmağa imkan verir. Məhz, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər və bunu da etmək zərurət halına gəlmişdir. Bir halda ki bu qurum yalnız ermənilərin mövqeyindən çıxış edirsə ölkəmiz tezliklıə bu qərarı qəbul etməlidir. Təbii ki, Ermənistan indi Azərbaycanın nümayəndə heyətinin AŞPA-nı tərk etməsi faktından maksimum istifadə etməyə çalışacaq. Avropa İttifaqı ilə əlaqələrini, o cümlədən hərbi-siyasi müstəvidə təmaslarını intensivləşdirən İrəvan AŞPA-da nümayəndə deputatlaramızın olmayacağından yararlanaraq ölkəmizə qarşı bu strukturda daha aktiv fəaliyyətə başlayacaq. AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş isterik, beynəlxalq hüququn selektiv tətbiqinə əsaslanan qərar rəsmi Bakının nə Avropa Şurası, nə də Avropa İttifaqı ilə sıx əməkdaşlığına və tərəfdaşlığına təsir etməyəcək. Azərbaycan inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyini daha da aktivləşdirəcək. Вернуться назад |