Главная > --- > Eltun Süleymanov: “ Qalib xalqın tək seçimi qalib Liderdir ”
Eltun Süleymanov: “ Qalib xalqın tək seçimi qalib Liderdir ”24-01-2024, 11:21. Разместил: admin |
“1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə ulu öndər Heydər Əliyev tərəfindən dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Bu gün isə Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 2003-cü ildən keçən 20 il ərzində cənab İlham Əliyev öz fəaliyyəti ilə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “Mən ona özüm kimi inanıram” fikrinin doğru olduğunu isbat etməklə yanaşı, Azərbaycan xalqının ona göstərdiyi etimada layiq olduğunu da sübut etmişdir. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, “İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. Uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Azərbaycanın və onun Lideri İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal layihələr ölkəmizi özünəməxsus iqtisadi modelə malik dövlət kimi səciyyələndirir. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. Hazırda “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlanmışdır. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.” Eltun Süleymanov qeyd edib ki, Azərbaycanda həyatın elə bir sahəsi yoxdur ki, cənab İlham Əliyev o sahənin inkişafına diqqət və qayğı göstərməmiş olsun. Son 20 ildə təhsil, səhiyyə, mədəniyyət sahəsində əldə olunan uğurlar bu fikrin əsas təsdiqidir. 44 günlük müharibədə memarı olduğu Zəfər isə öz möhtəşəmliyi ilə tarixi əhəmiyyət daşıyır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi... Bu qələbənin altındakı imzanın müəllifi isə İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. İlham Əliyevin ötən dövrdə həyata keçirdiyi inkişaf strategiyasının ən böyük uğurlarından biri ordumuzun döyüş qabiliyyətinin artırılmasıdır. Ermənistanla aparılan 26 illik danışıqlar prosesi ilə paralel olaraq Azərbaycanda ordu quruculuğu intensiv şəkildə həyata keçirildi. Döyüş qabiliyyətinin yüksəldilməsi üçün yalnız kəmiyyət deyil, keyfiyyət dəyişikliklərinə üstünlük verildi. Uzun illərdir ki, Azərbaycan dünyada müasir döyüş imkanlarına malik ölkə kimi tanınır. Prezident İlham Əliyevin idarəetmə islahatlarının tərkibi kimi kadr islahatlarını aparması və gəncləri önə çəkməsi, eyni zamanda, nəsillərarası varisliyi qoruması islahatın uğurunu təmin edir. Z-nəsli və minilliyin nəslinə stavka edilməsi və onların idarəetməyə cəlb olunması Azərbaycanın dünya ilə ayaqlaşması üçün əhəmiyyətlidir. Azərbaycanın inkişaf etməkdə olan dünya ölkələri arasında 3-cü ən inklüziv cəmiyyət qurması göstərir ki, ölkəmizdə iqtisadi azadlıq və sosial cavabdehlik bir-birinə uğurla bağlanmışdır. Prezident İlham Əliyevin yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsinə oynadığı rolun böyük əhəmiyyəti var. Azərbaycanın sosial bazar modeli quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısı İlham Əliyevin qlobal miqyasda nüfuzunun mühüm göstəricisidir. Bu göstərici isə onu deməyə əsas verir ki, növbəti seçkilərdə də cənab İlham Əliyev sevdiyi və güvəndiyi, dərin məhəbbətini qazandığı xalqın dəstəyini alacaq, dövlətimizin və millətimizin inkişafı naminə öz mübarizəsini davam etdirəcəkdir.” Вернуться назад |