Главная > --- > Qələbəyə səsləyən müraciət

Qələbəyə səsləyən müraciət


6-01-2024, 10:26. Разместил: admin
Qələbəyə səsləyən müraciət


Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti son illərdə daha əzəmətli və qürurlu anlar yaşamağımıza səbəb olur. Çünki arxada qalan ili Azərbaycan xalqı əzəmətlə, vüqarla başa vurmuşdur. Öz Liderinin ətrafında sıx birləşərək terrora, separatizmə qətiyyətlə qalib gələn bir xalqın qürur dolu anlar yaşamağa haqqı vardır. Məhz bu qüruru yaşadan isə onun siyasi aləmdə xüsusi çəkisi olan rəhbərinin olması da önəmlidir. Bu mənada xalqı qələbədən qələbəyə aparan bir rəhbərin təvazökarlıqla, həm də ürəkdən gələn sevinclə müraciət etməsi də diqqətəlayiqdir.
Cənab İlham Əliyev bildirdi ki, “2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.”
2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.
Lakin Azərbaycan xalqı öz rəhbərinin müdrikliyinə, Ordusunun gücünə və birliyinə güvənərək hər cür təhdid və maneələri aşmağı bacardı. İlk növbəıdə düzgün siyasət, hadisələrin düzgün təhlili və vaxtında hərəkət etmək qabiliyyəti nəticəsinbdə Azərbaycanda separatizmin kökü kəsildi. Doğrudur, bundan sonra başlayan təzyiqlərə də sinə gərmək gərək oldu. Erməni havadralarının vay-şivəni, təhdidləri çox oldu. Cənab Prezident İlham Əliyev Azərbaycanın haqq younda olduğunu diplomatik müstəvidə aydınlaşdıra və belə təhdidləri neytrallaşdıra bildi. Şəhdilərimizin xatirəsini yad edən ölkə baçısı dedi: “Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.”
Bu gün isə öz suverenliyini bərpa edən Azərbaycan xalqı tarixi torpaqlarının əsil sahibi kimi tikir, qurub yaradır. Ölkəmizin başçısının dediyi kimi “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.
Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.”
Bu mesaj isə əsil müjdə oldu. İllərlə doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız öz evlərinə dönəcək, azərbaycan dövlətinin qüdrətli himayəsi altında firavan həyata qayıdacaqlar.
Bütün nailiyyətlərə baxmayaraq, hələ də təhdidlərin qaldığını bildirən cənab Prezident növbəti ildə də ordu quruculuğuna önəm veriləcəyini qeyd etdi: “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.”
“Ordun varsa yurdun var”-deyib atalarımız. Çox şükürlər olsun ki, bu gün Müzəffər Ordumuz və bu ordunu qələbəyə aparan Müzəffər Ali Baş Komandanımız var. Beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına çalışan və buna böyük ölçüdə nail olan cənab Prezidentin müraciəti xalqımızın sevincinə sevinc qatmaqla bərabər, yeni ildə daha böyük nailiyyətlərə səsləmiş oldu.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



Вернуться назад