Главная > --- > Sarsılmaz birliyimiz

Sarsılmaz birliyimiz


28-12-2023, 13:58. Разместил: admin
Sarsılmaz birliyimiz


Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.
Bu matçı digərlərindən fərqləndirən cəhət isə onun 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə, hm də separatizmin əsas mərkəzi olan Xankəndidə keçirilməsidir. Bəlkə də bir neçə il bundan əvvəl kimsə bunu xəyal belə etməzdi. Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev inamla, qətiyyətlə bu günün olacağını, bu günün mütləq Azərbaycan xalqı üçün təmin edilcəyini söyləyir, öz inamı ilə xalqda qələbəyə əminlik yaradırdı. Bu inam, bu qətiyyət indi real həqiqətə çevrilmişdir. Xankəndi stadionunda qürurla dalğalanan üçrəngli bayrağımız, şəhid övladlarının, ailələrinin fəxarətlə əyləşdiyi stadion tarixi anlara şahidlik edirdi. Ölkəmizin başçısı ordmuzun futbol komandası ilə Qarabağ komandasının möhtəşəm yarışına baxmağa, mübarizə ilə keçən illərin əzəmətini bir daha xatırlamağa, xatırlatmağa gəlmişdi. Bu dəfə məmurlarla yox, Qarabağın azad olunmasında canlarını fəda etmiş, and yerimiz şəhidlərin övladları ilə.
Matçın başlanmasından əvvəl ölkə başçmız çıxışında da ilk olaraq onları salmladı, bütün izləyiciləri onları alqışlamağa dəvət etdi. Bu da dövlət başçımızın şəhid ailələrinə diqqət və qayğısının təzahürü olmaqla yanaşı, şəhidlərimizin necə bir müqəddəs amal uğrunda Haqqa qovuşmasının sübutu kimi qiymətləndirilməlidir.
Cənab Prezident Xankəndidə matçın keçirilməsinin də rəmzi mənası olduğunu bildirərək qeyd etdi: “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.”
Bu qayıdışın əbədiliyinin simvolu olan bərpa, quruculuq işlərinin sürətlə davam etdiyini söyləyən ölkə başçısı Qarabağın bütünlüklə yenidən qurulacağını, Ağdamda “İmarət” stadionunun bərpa ediləcəyini söylədi.
Cəmi 3 ay bundan əvvəl azad edilmiş tarixi şəhərimizdə Azərbaycan bayrağını ucaldan cənab Prezident fəxrlə, qürurla və qalib sərkərdə əzmi ilə söylədi: “Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.”
Bəli, bu gün Azərbaycan xalqı Zəfərlə, bunu bizə yaşadan Ordumuzla, bu ordunun Müzəffər Ali ba Komandanı ilə haqlı olaraq fər edir. Cəmi 44 gün ərzində işğaldan azad edilən Qarabağ azad nəfəs alır. Bir günlük antiterror əməliyyatı ilə darmadağın olan separatist-bandit dəstələrinin izi-tozu belə qalmayıb. Cənab Prezident də qeyd etdi ki, separatizmin mərkəzi olan Xankəndi şəhərində onlara aid yazıların hamısı tarixin zibilliyinə atılmışdır.
Dörd il bundan əvvəl özündənrazı halda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər dabanlarına tüpürüb bu torpaqlardan gediblər. Daha doğrusu qaçıblar. Çünki bu torpaqlar heç vaxt onlara aid olmayıb. İnsan özünə aid olanı darmadağın etməz. Bu da onun sübutudur. Erməni vandalları xaraba qoyduqları torpaqların onlara aid olmadığını gözəl bilirdilər. Lakin qalib sərkərdəsi olan Azərbaycan Ordusu bu torpaqların kimə aid olduğunu dünyaya bildirdi. Müzəffər Ali Baş Komandan öz ordusu ilə gərgin döyüşlərdən sonra, həm də siyasi müstəvidə işğalçılara sübut etdi ki, Qarabağ Azərbaycandır! Özü də bunu öz dilləri ilə etiraf etməyə məcbur oldular.
Ölkəmizin başçısı, qalib sərkərdə cənab İlham Əliyev oyunda qəlkəbənin də rəmzi məna daşıdığını, əslində isə Qarabağ-Ordu-Xalq Birliyinin qalib olduğunu söylədi. Bəli, məhz bu birlik bizi qələbəyə çatdırdı. Bu sarsılmaz birliyimiz var olduqca bayrağımız da qürurla dalğalanacaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад