Главная > --- > Goranboyda, Qafqaz Müsəlmanları İdarəsi “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər və milli mənəvi dəyərlərimiz“ mövzusunda konfrans keçirib. -Fotolar
Goranboyda, Qafqaz Müsəlmanları İdarəsi “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər və milli mənəvi dəyərlərimiz“ mövzusunda konfrans keçirib. -Fotolar8-12-2023, 12:56. Разместил: admin |
Goranboy rayonunda, “Heydər Əliyev İli” çərçivəsində, “Ulu Öndər və milli mənəvi dəyərlərimiz“ mövzusunda konfrans keçirildi. aia.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Anar Orucov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin müdiri Həsən Məmmədov, rayonun digər rəhbər şəxsləri dini icma sədrləri, ziyalılar və ictimai fəallar iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ulu Öndərin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə, Ümummilli Liderimizin və bütün şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi, Ümummilli Liderimizə həsr olunmuş xüsusi videoçarx izlənildi. Tədbirdə çıxış edən İcra Başçısı və digər ziyalılar, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışdığını, eyni zamanda, gənclərimizi milli-mənəvi dəyərlər və əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə etdiyini vurğuladılar. Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “...Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Ümummilli Liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətindә gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin etmişdir. Вернуться назад |