Главная > --- > Zəfərimizin təcəssümü

Zəfərimizin təcəssümü


6-12-2023, 10:57. Разместил: admin
Zəfərimizin təcəssümü


2020-ci il dekabrın 10-da Bakıda-Azadlıq meydanında 3 mindən çox şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin təntənəsi idi. Bu parad əsnasında biz döyüşlərdə fərqlənən 20-dək hərbi hissənin döyüş bayraqlarını gördük. Paradın açılışı Vətən müharibəsində qələbəyə müstəsna töhfə vermiş Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının tribunanın önündən keçməsi ilə başlayıb. Sonra Azadlıq meydanından mətin addımlarla Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları, eləcə də korpusların hərbi qulluqçuları keçdilər. Bu, həm Zəfər paradının iştirakçıları, həm də bu paradı televiziyada izləyən insanlar üçün ömür boyu unudulmayan qürur və sevinc anları oldu.
Zəfər Paradı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu. Zəfərimizə hər zaman olduğu kimi Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olan qardaşı Türkiyə də sevinirdi. Sevincimizə sevinib, kədərimizə kədərlənən Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq 2783 mehmetçik ilə Zəfər Paradında iştirakı, qardaş ölkənin 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. “Bir millət, iki dövlət” olan qardaş ölkələrin igidləri yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Bu həm də Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yeni bir təqdimatı oldu.
“Dəmir yumruq” əməliyyatı - Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinin faşist ideologiyasından ruhlanan Ermənistanı məğlub etdiyini, işğalçılıq siyasətinə son qoydu. Vətənimizin azadlığı uğrunda müzəffər yürüşə çıxan, müqəddəs amal uğrunda “öldü var, döndü yox!” deyən qəhrəman oğullarımız işğal altında olan dədə-baba torpaqlarımızdan düşməni birdəfəlik qovdular. “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” deyən Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan Zəfər Paradında beynəlxalq aləmə hərbi gücü, qüdrəti ilə bağlı mesajını çatdırdı.
Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад