Главная > --- > Türk birliyinə gedən yol

Türk birliyinə gedən yol


29-11-2023, 11:31. Разместил: admin
Türk birliyinə gedən yol


SPECA Proqramı 1998-2030-cu illəri əhatə edir. 1998-ci ildə BMT tərəfindən yaradılmış və fəaliyyətə başlamış SPECA proqpramı – Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqram çərçivəsində BMT Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Tacikistan və Əfqanıstan arasında iqtisadi əlaqələrin canlandırılmasına dəstək verilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin təşkilini həyata keçirir, mümkün əməkdaşlıq modellərini araşdırır və təşviq edir. SPECA–nın daha bir özəlliyi ondan ibarətdir ki, bu proqram əsasən türk geo-politik regionunu əhatə edir və nəticə etibarilə həm də bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində başlatdığımız inteqrasiya təşəbbüslərinə dəstək rolunu oynayır: Son dövrlər türk dövlət başçılarının artan qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir. Hər bir tük dövlətinin milli maraqları və eləcə də bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını zəruri və labüd edir. Bu baxımdan SPECA çərçivəsində əməkdaşlığımız da regional miqyasda əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.
Mərkəzi Avrasiyanın Türk regionu özünün iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son illərdə regionun türk dövlətləri arasında intensivləşən siyasi-iqtisadi əlaqələr Türk dünyası çərçivəsində siyasi-iqtisadi, hərbi-texniki, mədəni-humanitar inteqrasiya proseslərini sürətləndirməkdədir. Bu proseslər bizi addım-addım əsrlər boyu arzuladığımız beynəlxalq siyasət müstəvisində vahid platformanı oluşduran böyük türk birliyinə yaxınlaşdırır.
Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Ölkəmizin başçısı çıxış edərək onun dəvətini qəbul edərək Zirvə görüşünə qatılan liderlərə təşəkkürünü bildirərək, görüşün indiki zamanda çox böyük əhəmiyyətə malik olduğunu bildirib və SPECAnın əhəımiyyətini qeyd edib: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.”
Cənab Prezident İlham Əliyev bildirib ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələrin bağladığını xüsusi vurğulayan dövlət başçısı deyib: .” Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm.
Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.”
Azərbaycan iqtisadiyyatının son 25 ildə kifayət qədər inkişaf etdiyini bildirən cənab Prezident bildirib ki, “Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.”
2023-cü ilin Azərbaycan üçün əlamətdar il olduğunu qeyd edən ölkə başçısı müraciətində qeyd edib ki, 30 ildən bəri davam edən, 44 günlük müharibədən sonra da qalıqları qalan işğal prosesinə müvəffəqiyyətlə son qoyulmuş, “boz” zona aradan qaldırılmışdır. Beləliklə də, separatizmə son qoyulmuş, ölkəmizin suverenliyini, konstitusiya quruluşu bərpa edilmişdir. Bununla da Azərbaycan beynəlxalq hüququn və ədalətin təntənəsini özü təmin etmişdir.
“Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm.”-deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev bubdan sonra da proqramda iştirka edən dövlətlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад