Главная > --- > Kamaləddin Qafarov: “YAP Azərbaycan dövlətçiliyinin inkişafında önəmli rol oynayıb”
Kamaləddin Qafarov: “YAP Azərbaycan dövlətçiliyinin inkişafında önəmli rol oynayıb”21-11-2023, 10:04. Разместил: admin |
“1980-ci illərin sonlarında Azərbaycanda böyük vüsət alan xalq hərəkatının fonunda ölkədə bir sıra siyasi partiya və təşkilatların yaranması üçün əlverişli zəmin yarandı. Lakin növbəti illərdə cərəyan edən hadisələr göstərdi ki, mahiyyət etibarı ilə xalq hərəkatının dalğalarında yaradılmış bu təsisatlardan heç biri nə xalqı, nə də ölkəni düşdüyü ağır iqtisadi-siyasi böhrandan qurtarmaq iqtidarında deyil. Məhz belə bir dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin ətrafında birləşdilər.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib: “Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda, ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. YAP təsis konfransının o zaman Bakıda deyil, məhz Naxçıvanda keçirilməsi də səbəbsiz olmamışdır. Bir tərəfdən həmin illərdə iqtidarda bir-birini əvəz edən qüvvələr ölkədə demokratik mühitin formalaşması, ictimai-siyasi sabitliyin təmin olunması barədə demək olar ki, düşünmürdülər. Digər tərəfdən isə, bütün separatçı, anti-milli qüvvələr yaxşı başa düşürdülər ki, onların bütün bu özbaşınalıqlarına məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə son qoyulacaq. Buna görə də, həmin qüvvələr bu anı mümkün qədər uzaqlaşdırmağa çalışırdılar. Lakin tarixin gedişini geri çevirmək heç kimə müyəssər olmayıb. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildilər. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.” K.Qafarov Azərbaycanda dövlətçiliyin möhkəm əsaslarının qurulmasında və inkişaf yoluna keçid edilməsində Yeni Azərbaycan Partiyasının önəmli rol oynadığını qeyd edərək deyib: “Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilmişdir. Həmin tarixi qurultayda çıxış edən möhtərəm dövlət başçımız demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.” Millət vəkilinin fikrincə, bu gün cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.” YAP öz təşəbbüsləri sayəsində dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən olan partiyalararası siyasi dialoqu stimullaşdırır. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə getdikcə daha da zənginləşir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq indiyə qədər müşahidə olumayan bir səviyyəyə yüksəlmişdir. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdən oldu” . Вернуться назад |