Главная > --- > Sülhə xidmət edən siyasət

Sülhə xidmət edən siyasət


14-11-2023, 19:44. Разместил: admin
Sülhə xidmət edən siyasət


1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən etibarən İqtisadi Əmək¬daşlıq Təşkilatı adlandırılıb. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlət¬lərin iqtisadiyyatının dünya iqtisadiy-yatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərə¬li istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub. Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda realla¬şıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şu¬rasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı bəyanatla çıxış edib. O, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və plan¬larını açıqlayıb. Nazir, eyni zamanda, ölkəmizin 2023-cü ildə sədrliyi dövrün¬də iqtisadiyyat, enerji, nəqliyyat, tu¬rizm və digər sahələrdə bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyini də diqqətə çatdırıb.
Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmiz tarix baxımından qısa müd¬dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-qu-ruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasi¬yasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və re¬gional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf¬li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət¬mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə¬sində nail olunub.
Azərbaycanda həyata keçirilən enerji layihələrinin təkcə ölkəmiz üçün deyil, dünyanın enerji ehtiyacının ödənməsinə yönəldiyini bildirən cənab prezident İlham əliyev çıxışında deyib: “Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.
Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.”
Cari ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nətixəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi barədə danışan ölkəmizin başçısı bildirib: “Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.
Mən bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürümü bildirirəm.”
Bəli, bu gün Azərbaycan öz qürur tarixini yaşayır. Lakin eyfriyaya qapılmadan, iqtisadi inkişafa, qarşılıqlı əməkdaşlığa və sülhə yönəlik siyasət həyata keçirməklə. Təbii ki, bu siaysətin baş memarı da cənab Prezident İlham əliyevdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад