Главная > --- > Eltun Süleymanov: “Türk Dövlətləri Təşkilatının daxilində Azərbaycanın rolu möhkəmlənir”

Eltun Süleymanov: “Türk Dövlətləri Təşkilatının daxilində Azərbaycanın rolu möhkəmlənir”


6-11-2023, 09:30. Разместил: admin
Eltun Süleymanov: “Türk Dövlətləri Təşkilatının daxilində Azərbaycanın rolu möhkəmlənir”


Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Çox mühüm bir ərəfədə keçirilən Zirvə görüşündə Türk dövlətlərinin bir araya gəlməsi və müvafiq qərarlar qəbul etməsi göstərir ki, dünya nizamında güclər balansının formalaşmasında TDT də öz mövqeyini müəyyən edəcəkdir.
Həm də bu görüş göstərdi ki, TDT içərisində Azərbaycanın özünəməxsus yeri vardır. Təşkilat üzvlərinin hamısı Azərbaycanı öz ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbrik etdilər. Xüsusən Macarıstanın Baş Naziri Vikotr Orbanın və türkiyə Prezidenti cənab ərdoğanın təbrikləri diqqəti çəkdi.
Viktor Orban dedi: “Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm”. Təbrikdə bir qardaşın sevinci, həyəcanı xüsusi önəm daşıyırdı.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq dedi: “Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, “ölkəmizin başçısı cənab İlham Əliyev öz çıxışında II Qarabağ müharibəsini labüd edən səbəblərdən söz açaraq bir daha qeyd etdi ki, Azərbaycan öz haqqı uğrunda mübarizə apararaq suverenliyini bərpa etmişdir. Cari ilin 19 sentyabrında başlanmış antiterror hərəkatının labüdlüyünü qeyd edən cənab İlham Əliyev bildirdi: “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.
2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.”

Eltun Süleymanov bildirmişdir ki, “TDT-nin Astana Zirvə görüşü bir daha göstərdi ki, Türk dövlətləri qardaş millətlər olaraq bizim haqq işimizi dəstəkləyir. Ulu öndər Heydər Əliyevin bu birliyin yaranmasındakı fəaliyyətini uğurla davam etdirən cənab İlham Əliyev təşkiilat daxilində ölkəmizin xüsusi rolunu gündən-günə möhkəmləndirir.”


Вернуться назад