Главная > --- > Eltun Süleymanov: “Bu günü tarixə yazanlara da, azad Füzuliyə də eşq olsun!”

Eltun Süleymanov: “Bu günü tarixə yazanlara da, azad Füzuliyə də eşq olsun!”


20-10-2023, 09:57. Разместил: admin
Eltun Süleymanov: “Bu günü tarixə yazanlara da, azad Füzuliyə də eşq olsun!”


“17 oktyabr Füzuli Şəhəri Günüdür. 3 il bundan əvvəl bizə bu sevinci-Füzulinin azad olunması sevincini Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu yaşadıb. Bu sevincli anları indi hər an, hər gün yaşayırıq. 3 ildir ki, bu torpaqlar azadlığa qovuşub. Erməni faşistlərinin darmadağın etdikləri Füzuli dirçəlir, canlanır, günü-gündən gözəlləşir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Rayon əhalisinin 50%-ə qədəri işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 17 qəsəbə, 21 kənddə yaşayır. Digər rayon sakinləri isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.
2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Qarabağa və Şərqi Zəngəzura öz müdrik siyasəti və sərkərdəlik məharəti ilə azadlıq bəxş edən cənab İlham Əliyev indi bu torpaqlarda abadlıq. Quruculuq işlərinə rəhbərlik edir. Hər qarış torpağı gülüstana çevirməyə can atan müdrik rəhbərimiz kövrəlir, sevinir, insanlara azadlıq sevinci yaşadır və tarix yazır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: “
Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür.”
Çətinliklərə baxmayaraq xalq öz Liderinə inanır, onunla birlikdə Vətən torpağını laləzara çevirir. İndi dünya görür ki, bu torpaqların əsil sahibi kimdir. Kim bu torpaqları məhv edib, altını üstünə çevirib xaraba qoyub, kim isə ona yeni həyat bəxş edir və edəcəkdir. İlham əliyev kimi lioderi, sərkərdəsi olan bir xalq qisası qiyamətə qoymazdı və qoymadı da! Biz bizim olanı qaytardıq. İndi isə qurub yaradırıq.
Bunu ümid yerimiz, fəxrimiz cənab prezidentimiz İlham Əliyev görüşdə belə ifadə etdi: “bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik. Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurduna qayıtmışlar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur.”
Ordumuzun bundan sonra da gücləndirilməsinin vacibliyini qeyd edən cənab İlham Əliyev vurğuladı ki, biz orduya vəsait ayrımaqda davam edəcəyik ki, dəmir yumruq həmişə yerində olsun. Bəli, bu ordu qüdrətli olmalıdır ki, xain qonşularımız bir daha baş qaldırıb üstümüzə gələ bilməsinlər.
Bu gün Füzuli günü kimi tarixə yazıldı. Bu günü tarixə yazanlara da, azad Füzuliyə də eşq olsun!”-deyə müsahibimiz fikrini tamamlamışdır.


Вернуться назад