Главная > --- > E.Süleymanov: “ Azad Füzuli çiçəklənir”

E.Süleymanov: “ Azad Füzuli çiçəklənir”


16-10-2023, 13:50. Разместил: admin
E.Süleymanov: “ Azad Füzuli çiçəklənir”


“Müasir tariximizin əlamətdar günlərindən biri də Füzuli rayonunun və Füzuli şəhərinin erməni işğalından azad olduğu 17 oktyabr tarixidir. 28 il ərizndə erməni işğalı altında qalan, erməni vandalizminin bütün təzahürlərinə məruz qalan bu şəhər yerlə yeksan olunmuşdur. Qeyd edək ki, Füzuli rayonu 1993-cu il 23 avqust yarixində ermıni qəsbkarları tərəfindən işğal olunmuşdur. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. O cümlədən Abşeron rayonu ərazisində 1552 ailə 5925 nəfər Füzuli rayonundan məcburi köçkün kimi müxtəlif kənd və qəsəbələrdə, həmçinin yataqxana, məktəb, uşaq bağçası, inzibati binalarda məskunlaşmışlar.
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müüsahibimiz qeyd edib ki, “44 günlük müharibədə qazanılan qələbədən sonra məlum olsdu ki, füzuli rayonunun hər qarışı ermənilər tərəfindən minalanıb. Şəhərdə bir normal bina tapılmadı ki ora bayraq sancaq. Sanki erməni faşistləri bu şəhərdən xüsusi intiqam alırlarmış kimi yerlə yeksan etmişdilər.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.”

Eltun Süleymanov qeyd etmişdir ki, “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində azad olunmuş torpaqlara Böyük Qayıdış başlamışdır. Artıq azad olunmuş rayonlarda bir çox yaşayış məntəqələrinin təməlqoyma mərasimi olmuşdur. Müxtəlif infrastruktur lahiyələr, tikinti işləri aparılır, Füzuli rayonunun baş planının təsdiqlənməsi, Ağdam-Füzuli avtomobil yolunun tikintisi, rayonda çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Bu gün Qarabağda aparılan quruculuq işləri ölkənin həyatına coxsaylı yeniliklər gətirəcək, Böyük qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunacaqlar.”


Вернуться назад