Главная > --- > YAP Gədəbəy rayon təşkilatının təşkilatçlığı ilə “Azərbaycan son 20 ildə” mövzusunda tədbir keçirilib -Fotolar

YAP Gədəbəy rayon təşkilatının təşkilatçlığı ilə “Azərbaycan son 20 ildə” mövzusunda tədbir keçirilib -Fotolar


16-10-2023, 10:34. Разместил: admin
YAP Gədəbəy rayon təşkilatının təşkilatçlığı ilə “Azərbaycan son 20 ildə” mövzusunda tədbir keçirilib -Fotolar


aia.az xəbər verir ki, 12 oktyabr 2023-cü ildə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının təşkilatçlığı ilə “Azərbaycan son 20 ildə” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev,Gədəbəy RİH başçısının birinci müavini Natiq Nağıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri, o cümlədən partiya fəalları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Gədəbəy şəhərinin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad etdilər. Tədbir Rayon Aşıqlar evində davam etdirildi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi və ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki,Bu günkü tədbirin mahiyyəti Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlar və nailiyyətlər barəsindədir. Bu nailiyyətlər hamımıza məlum olduğu kimi hörmətli Sədr, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Heydər oğlu Əliyevin dəmir iradəsi,uzaqgörən siyasəti nəticəsində baş vermişdir. İlham Əliyevdən danışanda bəri başdan qeyd edilməlidir ki, onun varlığı siyasi varisliyin təntənəsidir.Hələ sağlığında Ulu Öndərimiz Heydər Əliyev İlham Əliyev haqqında peyğəmbərcəsinə öncəgörənlik edərək belə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu inam bir atanın bir oğula olan məhəbbətinin göstəricisi deyildi. Bu inam dünya miqyasında ağır sanbalı olan bir dövlət başçısının uzaq görənliyi idi.Təşkilat sədri çıxışında qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasəti haqqında dünyada uğurlu təbliğat aparan dövlətimiz sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Nəhayət, Ermənistanın işğalına son qoyuldu. Bu gün Azərbaycan dünyanı iqtisadiyyatımızın qüdrəti ilə, azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə, bir sözlə çox əməllərlə heyrətləndirir. İlham Əliyev rayonlarımıza çoxsaylı səfərlər edir, strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Bütün bunlar onu göstərir ki, hələ Azərbaycanı çox uğurlar gözləyir. Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev təmkini, qətiyyəti və zəkası ilə xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
Sonra Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirməsindən ətraflı bəhs edib.
Daha sonda Tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etdirildi.




Вернуться назад