Главная > --- > Eltun Süleymanov: “Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir”

Eltun Süleymanov: “Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir”


27-08-2023, 10:33. Разместил: admin
Eltun Süleymanov: “Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir”


“İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi;
Müzəffər Azərbaycan Ordusu tərəfindən Laçının azad edilməsi ilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi başa çatdırıldı və erməni işğalına birdəfəlik son qoyuldu: "Demək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi adlı anlayış həyatımızdan silinib. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bununla da bölgəmizdə yeni siyasi və iqtisadi reallıqlar yaranıb. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu;
Laçın yolu həm də Ermənistan üçün siyasi məzar oldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Laçın” sərhəd buraxılış məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub.Həmin təxribatlar bu gün də davam etməkdədir. Lakin sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir, İkinci Qarabağ müharibəsindən sonra ikinci böyük uğurumuz sayıla bilər. Burada Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması ərazimizə silah-sursatın, fitnə-fəsadın gətirilməsinin qarşısının alınması, bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində ciddi addımın atılması deməkdir.
Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır.”

Eltun Süleymnaov son olaraq bildirmişdir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Çünki ərazi Azərbaycana aiddir və öz ərazisində istənilən məntəqənin yaradılması hər bir ölkənin, o cümlədən Azərbaycanın suveren hüququdur.
Amma çox təəssüf ki, yenə də Ermənistan 30 il öncə olduğu kimi, bu məsələdə “humanitar böhran” bəhanəsi ilə manipulyasiya edərək bütün dünya ictimaiyyətinin diqqətini Laçındakı məntəqəyə cəlb etmək istəyirlər. Eləcə də orada yenidən əzilən, türklərin, müsəlmanların təzyiqindən əziyyət çəkən “yazıq erməni” toplumu görüntüsü yaratmağa çalışırlar. Ancaq bütün dünya ictimaiyyəti bu illər ərzində Qarabağda yaşayan bir milyona yaxın azərbaycanlının hansı zillətlər çəkdiyini, evindən-eşiyindən didərgin düşdüyünü, çadırlarda yaşadığını və bu gün də evinə qayıda bilməməsi məsələsində hələ də susqunluğunu göstərir. Əgər o dövrdə beynəlxalq aləm bizim 750 min azərbaycanlı qaçqının taleyinə biganə yanaşırdısa, hazırda bizim keçmiş məcburi köçkünlərimizin sayı artıq bir milyonu ötüb. Yenə də maksimum 50 min sayda erməninin hüquqları dünya ictimaiyyətinin gözünə bizim 1 milyon qaçqın insanımızın hüquqlarından daha üstün şəkildə çatdırılır. Təbii ki, bu, yolverilməzdir. Azərbaycan tərəfi dəfələrlə bunu aidiyyəti yerlərə, beynəlxalq təşkilatlara, həmçinin Ermənistan rəhbərliyinə israrla çatdırıb. Ancaq çox təəssüf ki, onlar bu təklifə adekvat cavab vermək əvəzinə, Ağdam yolu üzərində maneələr quraşdırır və özlüyündə həmin yolun açılmayacağını bəyan edirlər.
Lakin reallıq başqa şeydir. Bu gün Azərbaycanın heç bir hərəkətində qeyri-legitimlik yoxdur. Ermənilərə havadarlıq edənlər də bu reallığı başa düşür. Haray-həşir salmaqla Azərbaycanı güzəştə getməyə vadar etmək istəyirlər. Ancaq yanılırlar. Çünki kimin kim olduğu ortadadır. Azərbaycan 30 il bundan əvvəlki tək, gücsüz deyildir. Öz suveren hüquqları yolunda mübarizə aparan ölkəmizin güclü ordusu, sözünün eşidildiyi tribunası və İlham Əliyev kimi Lideri vardır.”


Вернуться назад