Главная > --- > Eltun Süleymanov: “Macarıstanla yüksək səviyyəli münasibətlər hər iki ölkədə məmnunluq doğurur”

Eltun Süleymanov: “Macarıstanla yüksək səviyyəli münasibətlər hər iki ölkədə məmnunluq doğurur”


22-08-2023, 10:02. Разместил: admin
Eltun Süleymanov: “Macarıstanla yüksək səviyyəli münasibətlər hər iki ölkədə məmnunluq doğurur”


Mərkəzi və Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında münasibətlərin inkişafı Azə\rbaycanın gurlu xarici siyaəsti istiqamətlərindən biridir. Xüsusən bu ölkələrdə son illərdə Azərbaycana qarşı münasibət çox dəyişib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məharətli diplomatik gedişləri ilə bərabər sözü və əməli arasında bərabərliyi bu ölkələrdə dövlət başçımıza dərin hörmət və etimad mühiti yaratmışdır.
Bu ölkələrdən biri də Macarıstandır. Macarıstanla Azərbaycan arasında münasibətlər son on ildə ən yüksək səviyyədə inkişaf etmişdir. O cümlədən bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və birgə fəaliyyət nümunəmiz də bu münasibətlərin inkişafında mühüm rol oynamışdır.
Dövlət başçısı İlham Əliyevin avqustun 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki. Azərbaycanın dövlət başçısı dünyanın indiki vəziyyətində gedişatı doğru qiymətləndirərək siyasi və iqtisadi müstəqilliyi tam təmin etməklə, həmçinin müstəqil siyasət yürütməklə Avropanın diqqətini azərbaycana yönəltməsinə nail oldu.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmidir ki, “Macarıstanla əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Eyni zamanda, nəqliyyat sahəsində çox böyük layihələr həyata .Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsi həyata keçirilir. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturunun hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilməkdədir və bu Macarıstan kimi ölkəyə əlverişli logistika imkanları yaradır.
Qarşılıqlı iqtisadi əməkdaşlıqda Azərbaycanın enerji potensialı da mühüm rol oynayır. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin mühüm rolunu daim təqdir edir. Əvvəldə də qeyd etdiyimiz kimi, dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Ötən il Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş ölkələrimizin enerji sahəsində əməkdaşlığının daha da dərinləşməsində böyük əhəmiyyətə malikdir.
Macarıstanla təhsil sahəsində əmkdaşlıq 200 nəfər Azərbaycan gəncinin Macarıstan Hökumətinin ayırdığı təqaüdlə oxuması, minatəmizləmə sahəsində dəstəyin verilməsi də təqdirəlayiqdir. Bir sözlə, Azərbaycan və Macarıstan əlaqələrinin ali rəhbərlər səviyyəsində müasir inkişafı gələcəkdə strateji müttəfiqliyə çevrilməsi gözləniləndir.”
“Göründüyü kimi, Azərbaycan-Macarıstan ticari əlaqələrinin daha da inkişaf etdirilməsi üçün sistemli iş aparılır. Bu məqsədlə hər iki ölkə siyasi və iqtisadi münasibətlərlə yanaşı, enerji, nəqliyyat və logistika sahəsində də əməkdaşlığa böyük önəm verir”-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.


Вернуться назад