Главная > Mədəniyyət > QAYIDIŞIN MÜBARƏK -QARABAĞ!
QAYIDIŞIN MÜBARƏK -QARABAĞ!9-12-2020, 13:57. Разместил: admin |
Azərbaycan Resbublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Cənabları demişdir: "Biz tarixi - ədaləti bərpa edəcəyik, öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur"! Qayıdışın mübarək Qarabağ. 102xeber.com Xəbərlər Portalının və 102xeber.az Xəbərlər Portalının Xüsusi Müxbiri Nəzərova Mərziyyə Xanım Qarabağ savaşında gedən döyüşlərdə qəhrəmancasına şücaət göstərmiş qəhrəmanlarımız tarix yazdığını vurğulamışdır. Bizim igid, mərd oğullarımız var. Düşmən tapdağı altından torpaqlarımız uğrunda mübarizə aparan igid, cəsurlar irəli gedərək torpaqlarımızı işğaldan azad etdilər. Ali Baş Komandan Şuşanın azad olunması müjdəsini verdi. O qədər sevincli, o qədər qürurlu idi ki, çöhrəsində qeyrət rəmzi olan Şəhidlərimiz ölməz ruhlarına, əsir düşən əsgərlərimizə və azad olmuş torpaqlarımız uğrunda, Qarabağımızın azadlığı uğrunda göz yaşlarını saxlaya bilmədi. Bu göz yaşı, gözlərinin sevinc yaşı, hər kəsi göz yaşlarına boğdu. Xalqımın sevincini, millətin ağrısını, ürəyinin fərəhi büsbütün mərdliyində, cəsarətində, Xalqla olan birliyinin ifadəsini tüm dünyaya iradəsilə çatdırdı. Bəli. Şuşam azaddır. Qarabağım sən azadsan. İlhamla irəli gedən İlhamlarin var. Döyüş bölgələrində Vətənin keşiyində dayanan Mübarizlərimiz var. Torpaqlar uğrunda döyüşən müsəlləh əsgərlərimiz var. Vətən bölünməz, Şəhidlər ölməz. Üçrəngli bayrağımız artıq Şuşamızda dalğalanır. Bu, əsl bayramlarımızdan biridir. Bayrağı bayraq edən, üstündəki Şəhid qanıdır. Şəhidlər zirvəsinə ucalan zabit və əsgərlərin xatirəsinə ehtiram əlaməti olaraq hər zaman xatirə tək ürəklərdə yaşayacaqdır. Üçrəngli bayrağımız dalğalandıqca fərəhlə yad edəcəyik. Şəhidlərimiz ölməz ruhlarına andı Üçrəngli bayrağımızdır. Müharibəsiz, qan tökmədən bu günkü Qələbəmiz mümkün olmazdı. Şəhidlərimiz qanı bahasına Zəfər qələbəsini qazanıb, Qələbə sevincini yaşadıq. Şəhidlərimizin, analarının, atalarının, ailələrinin, bacı və gardaşlazımızın qarşısında baş əyirik. Müzəffər ordumuzun sayəsində qazandığımız mənəvi dayağı olan hər bir əziyyəti olan Hərbiçilər Vətənimizin layiqli davamçısı va cəsur igidlərimizdir. Vətən etibarlı təminatına xidmət edən qüvvələrin birgə bəyanatı ilə dövlətin əsarəti önündədir. Bildiyimiz kimi bu Qələbə Türkiyə - Azərbaycan Qardaşlığının Qələbəsidir. Bu günümüzün və gələcəyimizin tarixidir bu tarix. Bu gün qazandığımız uğurlar gələcək nəsillərə dinclik, körpələrə firavanlıq yaşamaq hüququ əhəmiyyəti kəsb edən şanslı tərzidir və gəncliyimizin nümunəsi Qarabağda milli ruhun yüksəlməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd edirik. Bu, da qaçılmazdır. Azərbaycan - Türkiyə Qarabağda tarix yazdı. Qayıdışın mübarək Qarabağ! Вернуться назад |