Главная > Mədəniyyət > Seyid Agarəşid Talıbov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
Seyid Agarəşid Talıbov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur13-10-2022, 11:42. Разместил: admin |
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Seyid Agarəşid Talıbovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq. Seyid Agarəşid Talıbov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Seyid Agarəşid Talıbov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Seyid Agarəşid Talıbova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Ağarəşid Qiyas oğlu Talıbov 22 dekabr 1975-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Azərbaycanda əsl ata-baba yurdu Lənkəranın Xərxatan kəndidir. Dördüncü babası Hacı Mirtalıb oradan Boradigah qəsəbəsinə köçmüşdür. Lənkəranda Cil ocağı adıyla məşhur olan ziyarətgah onun Seyyid babalarının qəbridir. Onun nəsil şəcərəsi dördüncü imam - İmam Zeynulabidinə (ə) çatır, ona görə də Hüseyni (ə) seyidlərindəndir. Ağarəşid Talıbov orta təhsilini (1981-1992) Masallı rayonu Boradigah qəsəbəsi Nizami Gəncəvi adına 1 nömrəli məktəbdə almışdır. Orta təhsilini bitirdikdən sonra 1992-ci ildə ADPU-nun Riyaziyyat-Fizika fakültəsinə daxil olmuşdur. Uşaq yaşlarından (1985-ci ildə) Quran oxumağı öyrənmiş, dini elmlərin öyrənilməsində istəkli olduqu üçün, universiteti bitirdikdən sonra 1998-ci ildə Dəməşq şəhərinin Seyyidə Zeynəb (ə) məntəqəsinə yollanmış və 2007-ci ilə qədər orada təhsil almışdır. Suriyada bütün dini fənlər üzrə təhsil almış, fiqh və üsul elmlərini ixsitas seçmişdir. Fəlsəfə üzrə bakalavrdır. Suriyada təhsilinin başa çatmasına bir il qalmış 2006 -cı ildə Bakı İslam universtitetinə qiyabi daxil olmuş, 2011 -ci ildə universiteti bakalavr olaraq bitirmişdir. 2008-ci ildən etibarən Rusiyanın Moskva şəhərində və Azərbaycanda dini fəaliyyətlə məşğuldur. Ailəlidir, dörd övladı var. Hədəfi və amalı, milli və mənəvi dəyərlərin, İslami biliklərin düzgün təbliğ olunmasıdır. Eyni zamanda bu dəyərlərin qorunması şərti ilə doğma vətəni və ana yurdu Azərbaycanın müstəqilliyinə xidmət edən əsl vətənpərvər gənclərin yetişməsidir. Onun Aprel döyüşlərində yazdığı şerdən bir parça buna sübutdur. Ana yurdum Qarabağdan duyulur nalə səsi Bir çox elmi məqalənin və araşdırmanın müəllifidir. Yaxın gələcəkdə bir neçə kitabı işiq üzü görəcəkdir. "İnterAz" telekanalının təklifi ilə "İsmət çırağı - Xanım Zəhra (ə)" haqqında və "Bəşəriyyətin xilaskarı - İmam Mehdi (ə)" barəsində hazırlanmış iki sənədli filmin də ssenari müəllifidir. Masallı rayonu, Hişkədərə kəndi. 11.10.2022 Şəhid Lələyev İbrahim Həzrətqulu oğlunun şəhadətinin 2-ci ildönüm məclisi. Allahın salamı və rəhməti olsun Şəhidlərimizə! Вернуться назад |