Главная > Mədəniyyət > “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı“Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)”layihəsinin təqdimat mərasimi keçirildi

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı“Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)”layihəsinin təqdimat mərasimi keçirildi


21-04-2022, 10:48. Разместил: admin
“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı“Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)”layihəsinin təqdimat mərasimi keçirildi


19 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərargahında “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” layihəsinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarını və bunların nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bununla əlaqədar layihə çərçivəsində hazırlanmış “Vandalizm” adlı sənədli film rus və ingilis dillərinə də tərcümə edilib. Bu versiyalar Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara, həmçinin ölkəmizdə işləyən yaxud Azərbaycana turist kimi səfər edən əcnəbilərə paylanacaq. Bundan əlavə, “Vandalizm” filminin əcnəbi dillərə tərcümə edilmiş versiyaları xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının köməyi ilə həmin ölkələrin cəmiyyətlərində yayılacaq. Vurğulamaq lazımdır ki, “Vandalizm” sənədli filmi sosial şəbəkələrdə də geniş təbliğ olunacaq.
Azərbaycanın dövlət himninin səsləndirilməsi, daha sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimində millət vəkilləri, ziyalılar, ictimai xadimlər, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin media mənsubları iştirak ediblər. Geniş ictimaiyyətə təqdim olunan sənədli filmdə ermənilərin vandalizm siyasətinin mahiyyəti ifşa edilir. Qeyd olunur ki, bu siyasət dərin köklərə malikdir və tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı soyqırımlar törətməkdə, azərbaycanlılara məxsus tarixi abidələri dağıtmaqda, dini mənsubiyyətindən asılı olmayaraq məscid, məbəd və s. qədim müqəddəs məkanları tanınmaz hala salmaqda, bunları yerlə-yeksan etməkdə özünü büruzə verib. Dünya erməni vandalizminin nəticəsini görməli, bunu bilməlidir. Bizim məqsədimiz məhz budur. Beynəlxalq aləm cinayətkar barəsində mütləq ölçü götürməlidir.
Sənədli filmə baxışdan sonra onun ətrafında geniş müzakirələr aparıldı. Layihənin rəhbəri Büllur Məmmədova, millət vəkili Musa Qasımlı, Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəsmi nümayəndəsi Azadə Novruzova və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov erməni vandalizminin tarixi kökləri, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında tarixi-dini abidələrimizə qarşı törədilmiş vəhşi əməllərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və bu əməllərin bütün hüquqi və mənəvi normalara tam zidd olması barədə danışıblar, həmçinin erməni cinayətlərini beynəlxalq aləmə çatdırmaq məqsədi ilə bundan sonra da layihələrin işlənməsinin zəruriliyi barədə fikir və təkliflərini səsləndiriblər.
Qeyd etmək lazımdır ki, “Vandalizm” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır.





Вернуться назад