» » Hər kəs üçün “SİZİN MEHRİBAN”

Hər kəs üçün “SİZİN MEHRİBAN”

Hər kəs üçün “SİZİN MEHRİBAN”


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, zat aliləri, möhtərəm xanım Mehriban Əliyeva

“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır.Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır."

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bugün Azərbaycan ictimaiyyəti, eləcə də xalqımız böyük sevinc və minnətdarlıq hissi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm xanım Mehriban Əliyevanın ad gününü qeyd edir. Bu sevgi və rəğbəti O, öz əməli ilə, insanlara və insanlığa verdiyi dəyərlə qazanıbdır. Mehriban xanım Əliyeva hələ ilk müsahibələrində “həyatda hər bir kəsin  yerini və taleyini  tarix müəyyən edir” deyərək, özünün nəcib missiyasının  gələcək yol xəritəsi ilə insanların könlünü fəth etmişdi. Onun rəhbərliyi ilə həyata keçirilən ölçüyə sığmayan əzəmətli layihələrlə   mədəniyyətimizin  qoruyucusu və təbliğatçısı, səhiyyənin və  təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi,  kimsəsizlərin dayağı adlandırıldı.  Bu gün ölkəmizdə elə bir sosial problem yoxdur ki, orada Onun humanist dəsti-xətti olmasın. Beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar və sosial layihələrlə, özünün mədəniyyət diplomatiyası ilə dövlətimizin və xalqımızın nüfuzunu daha da artırdı. Həm ölkəmizdə həm də, sərhədlərimizdən çox-çox uzaqlarda sevildi və hörmət olundu. Onun səmimiyyətinə inandılar və etimad göstərdilər. Mehriban xanım Əliyeva xalqımızın yaratmış olduğu maddi-mənəvi  irsin  müdafiəçisi olmaqla bərabər,  həm də insanlığı minillər boyu qazanılmış bəşər mədəniyyətini qorumağa çağırdı və sivilizasiyalarası dialoqa mühüm töhfələr verdi. Onun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə  onlarla yüksək səviyyəli tədbirlər keçirildi.

O,çıxışlarında “həyatda  nə böyük, nə də kiçik rollar olmur’ deyərək, düşüncə və baxışlarınızı insanlarla paylaşdı. O hansı vəzifədə oldusa, o vəzifəyə şöhrət gətirdi. Möhtərəm Birinci vitse-p Prezidentimiz hansı  işi görməyə qərar verdisə, hansı layihəni gerçəkləşdirdisə uğur Onunla oldu. Ölkəmizdə və müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda  hansı titullara, hansı vəzifələrə layiq görüldüsə, milli və bəşəri dəyərlərə  xidmət etməklə o missiyanın həqiqi elçisinə və rəmzinə çevrildi.

Möhtərəm Mehriban xanım Əliyeva dünyanın gələcəyi naminə  fərqli mədəniyyətlərə, dillərə və inanclara, rənglərə  malik  insanları dialoqa çağırdı.Dünyanın gözəlliyini və gələcəyini  fərqlilikdə  və bütövlükdə  gördü. İnsanları  güc və zor dili ilə deyil, mədəniyyət, sevgi, hümanizm dili ilə münasibət qurmağa səslədi. Xalqımızın timsalında birgə yaşamağın mümkünlüyünü sübut etdi, ucalmağın və  ucaltmağın, insanların inamını və etimadını  qazanmağın, onlar üçün ümid yeri olmağın   yolunu göstərdi. 

İnsanlara “Kimsənsə, elə də olmalısan,bax, budur bizim həyatımız” səslənərək, insanlara və insanlığa xidmət etməkdən zövq aldı. Mərhəmətin, məsuliyyətin, vicdanın Vətəninə və vətəndaşına  xidmət etməyin təməl prinsipi olduğunu  əməli ilə sübut etdi.  
Respublikamızın Birinci vitse-prezidentinə ötən dövr ərzində ölkə daxilində, eləcə də, beynəlxalq aləmdə böyük etimad göstərilmiş və bir  sıra  vəzifələrlə  görəvləndirilmişdir.  Bütün  bu vəzifələrdə o, fəaliyyəti ilə, qazandığı şöhrətlə  ölkəmizə və  xalqımıza baş ucalığı gətirmişdir. Çünki onun həyat  fəlsəfəsində  vəzifə insanlara ləyaqətlə xidmət etmək  üçün vasitədir. Vəzifənin   böyük-kiçikliyi və ya  ictimai-dövlət   olması  əsas ola bilməz. Bu baxımdan onun həyata keçirdiyi  hər bir layihənin məqsədində və  hədəfində  dövlətinə, vətəninə, xalqına və insanlığa xidmət  etmək olmuşdur. Möhtərəm Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun qurucusu və sədri, Gimnastika Federasiyasının Prezidenti,  Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili,  Yeni Azərbaycan Partiyası sədrinin I müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri...nəhayət...Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti kimi ali və mötəbər vəzifələrdə heç vaxt dəyişmədi. Əksinə sadəliyin və səmimiyyətin, kamilliyin əsil nümunəsi və hər kəs üçün “Sizin Mehriban” oldu. Bütün bu vəzifələrdə  xanım Mehriban Əliyeva ona etimad  göstərən insanlar, təşkilatlar qarşısında hesabatlılığı özünə borc bildi, dövlət idarəçiliyinin əsas  atributu hesab etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tariximizi zənginləşdirən bir çox  ilklərə də imza atmışdı. Azərbaycan dövlətçilik tarixində ilk Birinci xanım, Birinci Xanım İnstitutunun yaradıcısı, ölkəmizin daxili və xarici siyasətində xüsusi  rola malik və beynəlxalq aləmdə böyük nüfuza malik ilk və  ən böyük qeyri hökumət təşkilatı Heydər Əliyev Fondunun qurucu rəhbəri, Azərbaycanın  dövlətçilik tarixində ölkəmizdən seçilmiş UNESCO və İSESCO-nun ilk azərbaycanlı Xoşməramlı Səfiri, həm UNESCO, həm də İSESCO-nun dünyada ilk Xoşməramlı Səfiri, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk sədri, Hakimiyyətin qanunverici qolundan icra qoluna keçid edilərkən seçicilər və qanunverici hakimiyyət qarşısında hesabat vermək ənənəsinin   təməlini qoyan  ilk Dövlət Adamı....

Bu ilklər çoxdur... Əsas odur ki, onun imza atdığı bu ilklər, ölkəmizdə  və  beynəlxalq aləmdə  yüksək  qiymətləndirilir  və təqdir edilir.Bu gün   ölkəmizdə və dünyada  bir çox  ilklərə imza atmış möhtərəm  Mehriban xanım Əliyeva  Azərbaycan dövlətçilik tarixində, xüsusilə də çağdaş dövlətimizdə  Azərbaycan Respublikasının ilk Birinci vitse-prezidenti kimi də bir İlkdir...
Sözsuz ki, xanım  Mehriban Əliyavanın coxşaxəli  və geniş miqyaslı  fəaliyyətini bir yazıda qeyd etmək mümkün deyil. Necə deyərlər, görünən dağa nə bələdçilik....

Möhtərəm Birinci vitse-prezidentimiz ötən otuz il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı. Yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın  eşidilməyən  səsi  və görməyənlərin gözü  olduz. O, hər bir  layihəsində Qarabağ Azərbaycandır dedi.

Bəli, bugün ölkəmizin həyatında əlamətdar bir gündür.

Möhtərəm Birinci vitse-prezidentimizin bu ilki doğum günü Azərbaycan xalqının 44  günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər ilində qeyd edilir. O Zəfər ki, Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilə qəhrəman Milli Ordumuz  Vətənimizin ayrılmaz parçası olan Qarabağ torpağını təcavüzkar Ermənistanın işğalından  azad etdi. Müharibənin ən qızğın və təhlükəli günlərində xanım  Mehriban Əliyavanın Ali Baş Kamandanımızın ömür-gün yoldaşı, ən yaxın silahdaşı və Respublikamızın Birinci vitse-prezidenti kimi cəbhə bölgəsinə, işğaldan azad olunmuş ərazilərimizə səfəri isə şəksiz qələbəmizə inamı bir daha artırdı. Onun Ali Baş Kamandanımızla bərabər etdiyi bu səfərlər  sözün əsil mənasında düşmənə və onun havadarlarına göz dağı oldu. Qürurla deyə bilərik ki, Vətən müharibəsi dövründə, eləcə də, müharibədən sonrakı bütün  səfərlər, orada çəkilmiş video və fotolardakı Onun məğrur və təmkinli görkəmi dünya mediasının baş xəbərinə  çevrildi. Bu səfərlə O, cəsur Azərbaycan qadınının obrazını dünyaya bir daha bəyan etdi və bununla Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır dedi. O, hər səfəri ilə əsgər analarının ümid yeri və sarsılmaz dayağı oldu. Ürəyi daima şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu. O, müqəddəs Ana şəfqəti ilə qəhraman Qazilərimizin yarasına məlhəm oldu.

Möhtərəm Mehriban xanım Əliyevanın ən böyük arzusu sözsüz ki, respublikamızın ərazi bütövlüyünün bərpası Qarabağ torpaqlarının işğaldan azad edilməsi idi. O, Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün kim bilir neçə-neçə möhtəşəm layihələr planlaşdırıbdır. Qarabağda keçiriləcək beynəlxalq tədbirlər və bu tədbirlərdən dünyaya sülh çağırışları, humanitar forumlar, Şuşada Xaribülbül festifalları və daha nələr... Bu gün xanım  Mehriban Əliyava möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, ən yaxın zamanlarda Qarabağa böyük qayıdışın uğurla başa çatması və Qarabağın dirçəlişi naminə fədakarlıq göstərir.
Əminik ki, Respublikamızın  Birinci vitse-Prezidenti möhtərəm Mehriban xanım Əliyeva nəcib əməli, xoş niyyətli, tükənməz Vətən sevgisi, xalqına xidməti və yorulmaz fəaliyyəti ilə müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinə və xalqımızın qan yaddaşına əbədi yazılacaqsız.

Son olaraq, bu gözəl fürsətdən istifadə edərək, əziz və möhtərəm  Mehriban xanımə doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, ailəsinə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyi müqəddəs missiyasında uğurlar arzulayıram.

Məlahət İbrahimqızı,
millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya