» » Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTO

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTO

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı — FOTO


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.
Aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəmimatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.

Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibəti ilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.

Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.


 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya