» » "Akıncı" teleserialındakı Azərbaycan xəritəsi ilə bağlı AÇIQLAMA

"Akıncı" teleserialındakı Azərbaycan xəritəsi ilə bağlı AÇIQLAMA

"Akıncı" teleserialındakı Azərbaycan xəritəsi ilə bağlı AÇIQLAMA


Türkiyədə yayımlanan "Akıncı" serialında Azərbaycan xəritəsi ilə bağlı yanlış anlaşılmaya səbəb olan görüntü ilə bağlı NTC Media açıqlama yayıb.

Türkiyə telekanallarında yayımlanan "Akıncı" serialının 16-cı bölümündə, dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən “Haritacılar” adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə göstərilib. Tamamilə qondarma bir təşkilat olan “Haritacılar” tərəfindən əsas alınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilib. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya