» » Bişkekdə erməni saxtakarlığını ifşa edən kitab nəşr edildi - Foto

Bişkekdə erməni saxtakarlığını ifşa edən kitab nəşr edildi - Foto

Bişkekdə erməni saxtakarlığını ifşa edən kitab nəşr edildi - Foto


Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə “Böyük dövlətlərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq oyunları” adlı kitab rus dilində çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Fonddan bildirilib ki, müəllifləri akademik Yaqub Mahmudov və dosent Güntəkin Nəcəfli olan kitabda erməni tarixçiləri və onların havadarlarının uydurduqları saxta erməni tarixi faktlarla ifşa edilib, çar Rusiyasının XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasəti tədqiq edilib.

XIX əsrin əvvəllərində I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladığı, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Qacarlar İranından və Osmanlı imperiyasından ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürüldüyü, bu proses zamanı çar məmurlarının və ermənilərin xalqımıza qarşı soyqırımı və etnik təmizləmələr törətdikləri nəzərə çatdırılıb.

Kitaba çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, erməni saxtakarlı-ğını ifşa edən tarixi materiallar da daxil edilib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya