Daha bir əsgərmiz təltif olundu -“Fizulinin azad olunmasına görə” medalı ilə təltif edilib
- 28-12-2020, 15:33
- Mədəniyyət
- 0
- 352
Musayev Kamran Soin oğlu qəhrəmanlığına görə, Cənab Prezident tərəfindən “Fizulinin azad olunmasına görə” medalı ilə təltif edilib
Cənab Ali Baş Komandanımızın qeyd etdiyi və reallaşdırdığı kimi, düşməni doğma Qarabağ torpaqlarımızdan qovacağıq, qovduq da!!!
Bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır!
Çünki cənab Prezidentimiz ata vəsiyyətini yerinə yetirdi. Şuşanı - Qarabağı azad elədi. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Qüdrətli Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Var olsun cənab Ali Baş Komandan! Var olsun Müzəffər Azərbaycan Ordusu!
Allah rəhmət eləsin, əziz şəhidlərimizə..
Bu gün biz bir daha bütün dünyaya sübut etdik ki, biz böyük və qüdrətli xalqıq, biz məğrur xalqıq, biz yenilməz xalqıq. Biz döyüş meydanında düşmənə rəşadətli Ordumuzun gücü – “Dəmir Yumruq”la yerini göstərən xalqıq. 44 günlük Zəfər tariximizin yazıldığı Vətən müharibəsi zamanı Cənab Ali Baş Komandan dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdi, Və qeyd etmişdi ki, bu yumruq elə belə yumruq deyil, bu, məhz, Dəmir Yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzəcəyik, əzdik də.
Dəmir yumruq eyni zamanda, milli birliyimizin, həmrəyliyimizin rəmzi idi. Həmin ərəfədə xalqımız bir yumruq kimi ölkə rəhbərinin ətrafında birləşdi. Əminliklə deyə bilərik ki, bu birlik hər zaman belə, əbədi və sarsılmaz olacaq. Xalq-Rəhbər və Ordu birliyi, bütün dünyaya gücümüzü, həmrəyliyimizi sübut elədi.
17 il ərzində Azərbaycan xalqına ləyaqətlə, sədaqətlə xidmət edən cənab Ali Baş Komandanımız, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirərək, xalqına verdiyi sözün üzərində durdu, ata vəsiyyətini ən yüksək şəkildə reallaşdırdı və bu məhz onun siyasi iradəsinin, güclü diplomatiyasının və onun öndərliyində olan Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə bu şanlı Qələbə tarixi reallaşdırıldı və bütün dünya tarixinə xalq olaraq şərəfli Zəfər tariximizi yazmış olduq.
Qəhrəman Azərbaycan əsgəri əsl igidlik, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmən tərəfin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddət ərzində darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi müasir və bu gün, dünyada analoqu olmayan savaş strategiyası müasir hərb tarixinə yeni bir nümunə oldu. Təbii ki, belə bir şəraitdə düşmən ya öz ordusunun son nəfərinədək məhv ediləcəkdi, ya da ağ bayraq qaldırıb, rüsvayçı hərbi məğlubiyyətini bütün dünya qarşısında etiraf edəcəkdi. Və əlbəttə ki, çarəsiz və biabırçı Paşinyan hakimiyyəti-Ermənistan ağ bayraq qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
Nəhayət, 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik eləmək kimi qürur verici bir hiss də, xalq olaraq bizim alnımıza yazılmışdı..
Ən başlıcası, cənab Ali Baş Komandanımızın öndərliyi ilə bu Şanlı Qələbəni bizə yaşadan oğullarımıza minnəttarıq.. Şəhidlərimizin ruhu qarşısında da baş əyirik..
Bu Zəfər Tarixini Azərbaycan və dünya tarix səhifəsinə yazan, 30 illik həsrəti və nisgili sona yetirən oğullarımızın sayı minlərlədir.. Onlar Qarabağ torpaqlarında 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları ilə Azərbaycan xalqının ürəyində əbədi olaraq iz saldılar. Bu münasibət ilə sözsüz ki, cənab Prezident İlham Əliyev onları döyüş meydanında olduqları bölgələr üzrə qəhrəmanlıq medalları ilə təltif etdi. Bu möhtəşəm Zəfər tarixinin qəhrəmanlarından biri də 27 sentyabr tarixindən başlayaraq döyüşlərdə iştirak edən Musayev Kamran Soin oğludur.
Vətən müharibəmizin qəhrəmanı Musayev Kamran Soin oğlu, 27 sentyabr tarixindən etibarən döyüşlərdə - eyni zamanda, Fizuli uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Fizulidə yaralanıb və bir gün Fizuli xəstəxanasında qalaraq Beyləqana aparılıb. Bir neçə gün müalicədən sonra Fizuliyə qayıdıb, 4 gün sonra isə Xocavəndə gətirilib. 10günlük döyüşdən sonra Şuşaya gəlib, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib, Şuşa işğaldan azad edildikdən sonra Cəbrayıla qayıdıb və döyüş bitənə qədər orda mərdlik və şücaətlə vətənə xidmət edib. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür. Bu Şanlı tariximizə daxil olan Zəfər günüdür. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə Qarabağ Azərbaycandır! deyə nida qoyduğu gündür. Bu şanlı tarixin yazılmasında Musayev Kamran öz igidliyi ilə yadda qalan oğullarımızdandır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyində - Musayev Kamran Soin oğlu da başda olmaqla, ordumuzun bütün oğulları qəhrəmanlıq nümayiş etdirdi. Və düşməni hərb meydanında birdəfəlik məğlub elədi. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, Gəncə, Bərdə və digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan bütün günahsız sivillərimizin qisasını döyüş meydanında alındı, düşmənə layiq olduğu yer göstərildi. Birmənalı olaraq, bu Şanlı qələbəni bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir..
Musayev Kamran Soin oğlu da, məhz, göstərdiyi şücaətinə görə, Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Fizulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
AzadMedia.az xəbər portalı kollektivi olaraq, Musayev Kamran Soin oğlunu - igid qəhrəmanımızı, məhz, Cənab Prezident İlham Əliyev tərəfindən “Fizulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi münasibətilə təbrik edir və vətənə layiqli xidmətinə görə təşəkkür edirik!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!
Bəli.. 8 noyabr 2020-ci il doğma Qarabağımıza qovuşduğumuz tarix..Orucov C.