» » Bugün şəhid Rauf Cahangirovun anım günüdür

Bugün şəhid Rauf Cahangirovun anım günüdür



Cahangirov Rauf Xəyyam oğlu 1998-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 2015-ci ildə Maşxan kənd orta məktəbini bitirən Cahangirov Rauf 2015-2019-cu illərdə Lənkəran Dövlət Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Xidmətini şərəflə başa vurduqdan cəmi üç ay sonra könüllü orduya yazılıb və 21 sentyabrdan təlimlərə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Döyüşlər başlanandan bir müddət sonra 47 gün ərzində heç bir xəbər olmayıb. Sonradan şəhid xəbəri gəlib.Bildirilib ki, noyabrın 2-də Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Cahangirov Rauf ölümündən sonra "Vətən Uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.





  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya