» » Heydər Əliyev Fondu bu dəfə eşitmə qüsurlu uşaqları sevindirdi - Fotolar

Heydər Əliyev Fondu bu dəfə eşitmə qüsurlu uşaqları sevindirdi - Fotolar

Heydər Əliyev Fondu bu dəfə eşitmə qüsurlu uşaqları sevindirdi - Fotolar


Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə qüsuru olan şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb. "Qafqazinfo" xəbər verir ki, layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək.

Anadangəlmə və qazanılmış eşitmə qüsuru olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır.

Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulslarla stimullaşdırılması baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.

Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər.

Xatırladaq ki, 2015-ci ildə Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramı həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya