» » Vətən uğrunda şəhid olan övladlarımızın tanıdılması üçün "Vətən şəhidləri" adlı filmin çəkilməsi layihəsinin icrası sona çatdı

Vətən uğrunda şəhid olan övladlarımızın tanıdılması üçün "Vətən şəhidləri" adlı filmin çəkilməsi layihəsinin icrası sona çatdı



Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsanlara Qayğı İctimai Birliyinin həyata keçirisiyi layihənin ideyası şəhidimizin unudulmaması üçün onların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulmasına xidmət etməkdir. Layihənin ideyası şəhidin əvəzsiz xidmətini qiymətləndirməkdir. Layihənin ideyası vətən sevgisi və bu sevginin sonsuzluğunda hamımızın birləşməsidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş körpə fidanlarımızı yaşatmaq üçün Bərdə rayonunda həyata keçirilmiş Vətən uğrunda şəhid olan övladlarımızın tanıdılması üçün "Vətən şəhidləri" adlı filmin çəkilməsi adlı layihənin icrası sona çatdı.
Bu film Bərdənin 3 igidi haqqındadır: Cahid Tağızadə, Əli Məhərrəmov və Nicat Baxşəliyev. Onlar Vətən uğrunda şəhid olublar, amma son nəfəslərinə qədər Vətəni müdafiə etmək yolundan dönməyiblər. Bu gənclərin üçü də eyni taleyi bölüşüblər – Vətən taleyini. Üçü də eyni rayondandırlar. Bərdədə böyüyüb başa çatıblar. Hər birinin gələcək həyatı ilə bağlı öz planları, arzuları var idi. Və hər biri elə yaşda idi ki, niyyətlərini həyatda reallaşdırmaq üçün addım atmağa hazırlaşırdılar. Bu zaman onları Vətən çağırdı. Bu çağırışa sözsüz, sualsız getmək qanında qəhrəman xalqın qanı axan hər bir igidin borcu, vəzifəsi və missiyası idi. Səid, Əli və Nicat düşünmədən, tərəddüd etmədən ordu sıralarına qoşulub cəbhəyə yollandılar. Müqəddəs ruhlar isə biləşib vətən səmalarından Şuşaya gedib müqəddəs vətənin gözəlliyinə heyranlılqla tamaşa edirlər. Layihənin icrası məqsədi ilə çəkilmiş “Vətən şəhidləri" filminin təqduimat tədbiri Bərdə rayonunda 7 saylı tam orta məktəbdə keçirildi. Həmin tədbirdə şəhidlərin ailələri və kənd əhalisi iştirak etdi. İlk olaraq layihə rəhbəri Ağayev Ələkbər çıxış edərək layihə haqda məlumat verdi. Layihənin maliyyələşdirilməsini həyata keçirən Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. Şəhid ailələri çıxış etdilər. 7 saylı məktəbin direktoru Mehparə xanım Mustafayeva çıxış edərək bir vaxtlar məktəbin şagirdi olmuş şəhidlər haqda danışdı. Şəhidlərin müəllimi ehtiyatda olan Baş leytenant Əsədov Ceyhun çıxış etdi. Sonda film tədbir iştirakçılarına göstərildi. Tədbir iştirakçılarına filmin diskləri paylanıldı. Foto və video çəkildi.
Layihənin rəhbəri, İnsanlara Qayğı İctimai Birliyinin sədri Ələkbər Ağayev.
ATESH,AZ






Vətən uğrunda şəhid olan övladlarımızın tanıdılması üçün "Vətən şəhidləri" adlı filmin çəkilməsi layihəsinin icrası sona çatdı

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya