Главная > Maraqlı > Gələn həftə ilin sonuncu Günəş tutulması olacaq
Gələn həftə ilin sonuncu Günəş tutulması olacaq9-12-2020, 10:08. Разместил: admin |
Dekabrın 14-də cari ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək. Bu, tam Günəş tutulması olacaq. Təbii hadisə saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Təbii hadisə Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq. Вернуться назад |