Главная > Maraqlı > “10 il sonra milyonlarla insanın beynində çip olacaq”
“10 il sonra milyonlarla insanın beynində çip olacaq”22-08-2024, 11:48. Разместил: admin |
“Gələcək 10 ildə milyonlarla insan Neuralink beyin implantlarından istifadə edəcək”. “Bu barədə məlumatı “Neuralink” şirkətinin sahibi, amerikalı milyarder İlon Mask “X” hesabında paylaşıb. “Əgər hər şey yaxşı getsə, bir neçə il ərzində yüzlərlə, 5 il ərzində on minlərlə, 10 il ərzində isə milyonlarla insanda Neuralink çipi olacaq”, - deyə Mask qeyd edib. Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə yeridilməsi mümkün olan çiplərin hazırlanması ilə məşğul olur. Milyarder hesab edir ki, bu cihazlar insanlara süni intellektə qarşı durmağı bacaran kiborq olmaq imkanı verir. Həmçinin onun fikrincə bu çiplər insanlara düşüncənin gücü ilə kompüteri idarə etməyi öyrənməyə kömək edəcək. Onu da xatırladaq ki, “Neuralink” şirkəti cari il yanvarın 28-də ilk dəfə olaraq insan beyninə çip yerləşdirib. Avqustun əvvəlində Mask bildirib ki, ikinci pasiyentə də implant yerləşdirilib. Bu çiplər iflic olmuş şəxslərə kompüteri idarə etməyə imkan verir. Вернуться назад |