Главная > Kriminal > Qarakənd faciəsindən 30 il ötdü
Qarakənd faciəsindən 30 il ötdü20-11-2021, 10:10. Разместил: admin |
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür. Qarakənd faciəsi və ya 20 noyabr hadisəsinin növbəti ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavəndi rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub. Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayıb. Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub: - Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi - İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror - Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri - Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini - Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili - Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili - Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri - Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini - İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru - Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi - Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi - Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı - Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini - Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru - Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant - Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi - Alı Mustafa oğlu Mustafayev - telejurnalist - Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı - Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator - Vyaçeslav Vladimiroviç Kotov - helikopter heyətinin komandiri - Gennadi Vladimiroviç Domov - helikopter heyətinin üzvü - Dmitri Borisoviç Yarovenko - helikopter heyətinin üzvü Вернуться назад |